DOI: https://doi.org/10.36719/2663-4619/115/126-131
Orxan Əliyev
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
magistrant
https://orcid.org/0009-0000-4352-5200
orxan.eliyev89@icloud.com
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə
komissiyaların inzibati-hüquqi statusu
Xülasə
Məqalənin nəzəri və metodoloji əsasını yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların inzibati-hüquqi statusu, fəaliyyətinin təşkilati və hüquqi əsasları, yuxarı komissiyalarla yerli komissiyalar arasındakı qarşılıqlı münasibətlərin xarakteri, səlahiyyətlərin bölünmə pirinsipləri barədə praktik işlərin nəticələri, yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının müdafiəsinə dair elmi – nəzəri konsepsiyalar, müvafiq mövzulu tədqiqatlardan əldə olunmuş elmi ideyalar və tövsiyələr, beynəlxalq elmi-praktiki konfransların materialları və s. təşkil edir. Tədqiqat zamanı nəzəri müşahidə, kompleks və sistemli yanaşma, müqayisəli təhlil, məntiqi ümumiləşdirmə, analiz və sintez və s. metodlardan istifadə olunmuşdur. Ümumi müddəaların məcmusu komissiyanın məqsədli və sistemli fəaliyyəti, iş üsulları və formaları haqqında təsəvvür yaratmaqla qarşıda duran vəzifələri xarakterizə edir.
Açar sözlər: komissiyalar, inzibati-hüquqi status, təşkilati və hüquqi əsaslar, normativ-hüquqi aktlar, komissiyaların fəaliyyətinin təkmilləşdirilməsinə dair məsələlər