DOI: https://doi.org/10.36719/2663-4619/124/119-122
Afət Fətəliyeva
Bakı Slavyan Universiteti
Magistrant
http://orcid.org/0009-0001-7746-3535
afetsukurlu15021960@gmail.com
Yazılı nitq və insan idrakının qarşılıqlı təsiri:
Azərbaycan dilçiliyinin nəzəri və praktiki aspektləri
Xülasə
Yazılı nitq insan düşüncəsinin formalaşmasında, biliklərin qorunması və ötürülməsində mühüm rol oynayır, eyni zamanda məntiqi, analitik və yaradıcı təfəkkürün inkişafına xidmət edir. Tədqiqat göstərir ki, ənənəvi və interaktiv tədris metodlarının birgə tətbiqi yazı bacarıqlarının həm məzmun, həm də struktur baxımından inkişafına şərait yaradır. Rəqəmsal mühit yazılı ünsiyyəti sürətləndirsə də, dil normalarının qorunması üçün təhsil, maarifləndirmə və dil siyasətinin gücləndirilməsi vacibdir. Ümumilikdə, yazılı nitqin inkişafı cəmiyyətin birgə məsuliyyəti olmaqla milli dilin və idrak mədəniyyətinin inkişafına mühüm töhfə verir.
Açar sözlər: yazılı nitq, insan idrakı, nitq mədəniyyəti, tədris metodları, rəqəmsal kommunikasiya, Azərbaycan dili