https://doi.org/10.36719/2663-4619/111/9-14
Zənfira Quliyeva
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
tarix üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0003-4888-9152
zenfira.qulliyeva@mail.ru
XX əsrin 20-30-cu illərində Azərbaycan neft sənayesinə retrospektiv
baxışlar kontekstində dəyərləndirmələr
Xülasə
Azərbaycandan neft ixracı ilə əlaqədar ilk məlumatlar X əsrə aid edilir. Həmin dövrdə Abşeron yarımadasında 10-12 metr dərinlikdə quyular qazılırdı. 915-ci ildə Bakıya gəlmiş Məsudi yazırdı ki, “Bakıya ağ neft mədənlərindən neftin aparılması üçün tacirlər gəlirlər. Dünyada ağ neft çıxarılan elə bir yer yoxdur”. Abşeron mədənlərində neft yataqlarının sənaye üsulu ilə mənimsənilməsinin başlanğıc mərhələsi XVIII əsrdən 1917-ci ilə əlaqədar olan dövrü əhatə edir. Sonrakı mərhələ sovet dövrü kimi xarakterizə olunur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci il mayın 7-dən neft sənayesinin sovet dövrü başlanır və müstəqilliyin yenidən bərpasına qədər olan illəri əhatə edir. Nəhayət, neft sənayesinin üçüncü mərhələsi Azərbaycan Respublikasının müstəqillik illərini, müasir dövrü əhatə edir. Məqalədə Azərbaycan neft sənayesinin ikinci mərhələsində, daha doğrusu, XX əsrin 20-30-cu illərində neft sənyesində institusional situasiya, neft sənayesinin iqtisadi məsələləri ilə əlaqədar dəyərləndirmələr araşdırılır.
Açar sözlər: neft sənayesi, neft hasilatı, Azneft, trest, neft kombinatı