Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/121/67-70

 Nigar Sadıqova

Bakı Slavyan Universiteti

https://orcid.org/0000-0002-7079-6871

nigarsadiqova1@gmail.com

Gülbəniz Mehdiyeva

Bakı Slavyan Universiteti

https://orcid.org/0000-0002-2561-1591

gulbeniz57@mail.ru

 

XI əsrdə xalq dili – Azərbaycan dili

 

Xülasə

 

Tədqiqatın məqsədi XI əsrdə Azərbaycan dili və bu dildə yazan şairlərin, tarixçilərin çevrəsini müəyyən etməkdən ibarətdir. Bu məsələdə Yaqut Həməvi, Seyid Əhməd Kəsrəvi, Həsənoğlu və digər filosof-şairlərin dəyərli fikirləri nəzərdən keçirilmiş, Azərbaycan dilinin həm xalq arasında, həm də ərəb əlifbasında yazılarda artan rolu qeyd edilmişdir. Elmi məqalədə müəllif türk xalqlarının ölməz eposu olan Kitabi-Dədə Qorqud əsərinə müraciət etmiş, Azərbaycan dilinin XI əsrdə mövcudluğunu yalnız xalq dili meydançası kimi deyil, habelə bədii forma kimi də təsdiqləmişdir. XI əsrin yazılı türk abidələrində işlənən, türk ruhunu özündə cəm edən zərb-məsəllər, atalar sözləri, frazeologizmlər dəlil kimi gətirilmişdir. Bir xalqın təfəkkür tərzinin formalaşmasında belə zəngin poetik ifadələrin minilliklərlə yol keçdiyi, türk dilinin oturuşmuş bir dil olması sübut edilmişdir. Məqalədə adı çəkilən tarixi dövrə aid ərəb əlifbası ilə Azərbaycan türkcəsində yazılmış şair və ədiblərimizin poeziyasından nümunələr təqdim edilmişdir.

Açar sözlər: Azərbaycan dili, türk dili, Azərbaycan şairləri, Kitabi-Dədə Qorqud, orta əsrlər


Baxış: 128