DOI: https://doi.org/10.36719/2663-4619/122/44-49
Aytən Əliyeva
Azərbaycan Dillər Universiteti
https://orcid.org/0009-0009-6437-7409
aytanaliyeva84@gmail.com
Xarici dillərin tədrisində interaktiv metodlar
Xülasə
Müasir dövrdə xarici dillərin öyrənilməsinin aktuallığı danılmazdır. Bu səbəbdən dili mənimsəmək istəyənlər üçün müxtəlif öyrənmə metodları təklif olunur ki, onların hər biri özünəməxsus üstünlüklərə və məhdudiyyətlərə malikdir. Məqalədə xarici dillərin tədrisində tarixən istifadə olunmuş ümumi və xüsusi metodlardan bəhs edilir və xarici dillərin tədrisinin ənənəvi (qrammatik-tərcümə metodu, təbii metod, birbaşa tədris metodu, dolayı üsullarla tədris metodu, audiolinqual metod, audio-vizual metod, şüurlu müqayisə metodu, kommunikativ metod) və qeyri-ənənəvi (süqqes-topedik metod, şüurlu praktika metodu, linqvososiokultural metod, eksplisit metod, implisit metod, problemlə-axtarış metodu, şəxsiyyət yönümlü metod, “səssiz” təlim metodu, leksik-tərcümə metodu, intensiv metodlar, tez-tez təkrarlama metodu, kommunikativ tapşırıqlar metodu) metodları təhlil edilir. Hər bir metodun ümumi xüsusiyyətləri qısa şəkildə xarakterizə olunur. Məqalədə hal-hazırda ən effektiv hesab edilən və geniş tətbiq olunan kommunikativ metodlar (beyin fırtınası, müzakirə, xəyali situasiya, müsahibə, rol oyunları, problem əsasında aparılan danışıq tapşırıqları) araşdırılaraq təqdim olunur və tələbələrə xarici dil tədrisi zamanı istifadə oluna biləcək, şifahi nitq bacarıqlarını təkmilləşdirməyə imkan verəcək interaktiv tipli (diskussiya, oyun və təlim tapşırıqları) tapşırıq və məşqlərə aid nümunələr verilir.
Açar sözlər: xarici dil tədrisi, kommunikativ metodlar, interaktiv öyrənmə, şifahi ünsiyyət, tədris metodları