Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/202-205

Vüqar Babayev

Naxçıvan Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0001-3547-0577

babayevv002@gmail.com

 

Voleybolun məşq metodikasının xüsusiyyətləri

 

Xülasə

 

Əhalinin geniş kütləsinin fiziki inkişafını təmin etmək və onların sağlamlığını möhkəmləndirmək üçün idman oyunları, əsasən voleybol ən əlverişli və ən kütləvi vasitədir, çünki müasir voleybolun yüksək inkişaf səviyyəsi bir idman növü kimi bunu tələb edir. Ümumiyyətlə voleybol oyunu insanların fiziki cəhətdən formalaşmasında, cəldliyin, çevikliyin, dözümlülüyün və bəzi xüsusiyyətlərin inkişafında kömək edir. Oyunlarda idmançılar çox yüksək iş yerinə yetirirlər, bu da insanın funksional imkanlarının səviyyəsini artırır, onlara əxlaqi-iradi keyfiyyətlər aşılayır. Məqalədə qeyd olunur ki, həcm etibarı ilə müxtəlif və böyük hərəkət fəaliyyətinin artan yorğunluq şəraitində saxlamaq üçün oyunçudan  iradi keyfiyyətlər göstərmək tələb olunur və insan tərbiyəsində onun təsiri də çoxdur. Bu təsir voleybolla məşğul olanlar arasında orqanizmin harmonik inkişafına nail olmasıdır.

Açar sözlər: voleybol, oyun, idman, fiziki tərbiyə, idmançılar


Baxış: 433