DOI: https://doi.org/10.36719/2663-4619/124/66-70
Şəhriyar İbrahimli
Bakı Biznes Universiteti
magistrant
https://orcid.org/0009-0008-7936-3379
brahimlis@bk.ru
Turizm potensialının təhlili və qiymətləndirilməsi
(Naxçıvan Muxtar Respublikası timsalında)
Xülasə
Məqalədə Naxçıvan Muxtar Respublikasının turizm potensialı kompleks şəkildə təhlil edilir və regionun təbii, mədəni, tarixi, rekreasiya, ekoloji və sağlamlıq resursları qiymətləndirilir. Araşdırmada Naxçıvanın əlverişli coğrafi mövqeyi, əlçatan nəqliyyat infrastrukturu, zəngin landşaftları, mineral suları, sanatoriya kompleksləri, dini ziyarətgahları və çoxşaxəli mədəni irsi əsas turizm üstünlükləri kimi vurğulanır. Statistik məlumatlar regionda daxili və gəlmə turizmin dinamikasını göstərir. Bununla yanaşı, infrastruktur məhdudiyyətləri, resursların idarə olunmasında sistemsizlik və marketinq çatışmazlıqları mövcud problemlər kimi qeyd olunur. SWOT təhlili əsasında turizmin inkişaf imkanları və risklər müəyyənləşdirilir. Məqalədə həmçinin “2023–2027-ci illər Dövlət Proqramı”nın turizm sektoruna təsiri təhlil olunur və proqramın infrastrukturun müasirləşdirilməsi, sağlamlıq, ekoloji, dini və rəqəmsal turizmin təkmilləşdirilməsi baxımından region üçün geniş imkanlar yaratdığı nəticəsinə gəlinir.
Açar sözlər: Naxçıvan Muxtar Respublikası, turizm potensialı, təbii resurslar, mədəni və tarixi irs, rekreasiya, ekoturizm, sağlamlıq turizmi, turizm infrastrukturu, daxili turizm, gəlmə turizm, SWOT təhlili, dövlət proqramı, regional inkişaf, turizm strategiyası