Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/111/124-131

Gülarə Əzizova

Azərbaycan Universiteti

 magistrant

https://orcid.org/0009-0009-7950-4351

gulara.karimova@student.au.edu.az

 

Təyinlər və onların Dədə Qorqud dastanlarında dilə təsiri

 

Xülasə

Təyinlər Azərbaycan ədəbiyyatının tarixi inkişafında mühüm rol oynayan bədii ifadə vasitələrindən biridir. Bu vasitə insan, hadisə və ya əşyanın müxtəlif xüsusiyyətlərini vurğulamaqla, onların obrazını zənginləşdirir və oxucuya daha təsirli şəkildə çatdırır. "Kitabi-Dədə Qorqud" dastanlarında təyinlər bədii üslubun təməlini təşkil edir. Dastanda istifadə edilən epitetlər qəhrə­manların xarakterini, cəmiyyətin adət-ənənələrini və milli dəyərləri aydın şəkildə əks etdirir. Məsələn, qəhrəmanların fiziki gücünü və mənəvi keyfiyyətlərini təsvir etmək üçün "polad biləkli", "qılınc ürəkli" kimi təyinlərdən istifadə olunub. Bu ifadələr dastan qəhrəmanlarının əzəmətini və döyüş ruhunu oxucuya ustalıqla çatdırır.

Dədə Qorqud dastanlarındakı təyinlər yalnız estetik funksiya daşımır, eyni zamanda dövrün dil xüsusiyyətlərini qoruyaraq dilin tarixi inkişafına işıq tutur. Dastanda işlədilən təyinlər o dövrün Azərbaycan türkcəsinin lüğət tərkibini və ifadə zənginliyini əks etdirir. Təyinlər vasitəsilə dilin ritmik və ahəngdar olması təmin edilir, oxucuya və ya dinləyiciyə emosional təsir gücü artırılır. Beləliklə, "Dədə Qorqud" dastanlarındakı təyinlər həm bədii üslub, həm də dil tarixi baxımından böyük əhəmiyyət daşıyır.

Açar sözlər: Dədə Qorqud, ədəbiyyat, türk xalq tarixi, dastan


Baxış: 216