Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/115/200-205

Səadət Bağırova

Azərbaycan Respublikası DİN-in Polis Akademiyası

UOT KOD 343.3

https://orcid.org/0009-0002-4764-9328

bagirovs799@gmail.com

 

Terrorizmin kriminoloji xarakteristikası

 

Xülasə

 

Məqalədə terrorizmin kriminoloji xüsusiyyətləri ətraflı təhlil edilib, onun səbəbləri, yayılma formaları və onu törədən şəxslərin fərdi xüsusiyyətləri kriminoloji baxımdan araşdırılıb. Hazırda terrorizm təkcə yerli deyil, həm də qlobal miqyasda təhlükə yaradan, cəmiyyətin sabitliyinə, dövlətlərin təhlükəsizliyinə, insanların psixoloji durumuna ciddi təsir göstərən ciddi cinayətkar fəaliyyətdir.

Araşdırmalar göstərir ki, terrorizmin yaranmasına və inkişafına səbəb olan amillərə sosial-iqtisadi bərabərsizlik, siyasi qeyri-sabitlik, hüquqi nihilizm, dini dözümsüzlük və etnik münaqişələr daxildir. Bu amillərin vaxtında aşkar edilməsinə və aradan qaldırılmasına yönəlmiş kriminoloji profilaktik tədbirlərin həyata keçirilməsi vacibdir.

Terror aktları törədən şəxslərin yaşı, təhsili, sosial vəziyyəti, psixoloji vəziyyəti və keçmiş təcrübələrinə dair aparılan təhlillər göstərir ki, bu şəxslər daha çox cəmiyyətin aşağı təbəqələrinə mənsub, aqressiv və dağıdıcı düşüncə tərzinə malikdirlər. Onların bu cinayətə cəlb olunmasında sosial şəbəkələr, dini və ideoloji təsirlər mühüm rol oynayır.

Terrorçuluğa qarşı səmərəli mübarizənin təmin edilməsi üçün hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə yanaşı, ictimaiyyətin məlumatlandırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi, gənclərin psixoloji hazırlığının gücləndirilməsi, radikal ideologiyalara qarşı duran alternativ ideoloji modellərin təbliği mühüm amillərdəndir.

Ona görə də terrorun qarşısının alınması kompleks yanaşma tələb edir və bu prosesdə kriminalistikanın rolu danılmazdır. Gələcək tədqiqatlar terrorizmin yeni formalarının müəyyən edilməsinə, texnoloji vasitələrin rolunun araşdırılmasına və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi istiqamətində addımların atılmasına yönəldilməlidir.

Açar sözlər: terrorizm, kriminologiya, kriminoloji xüsusiyyətlər, terror cinayətləri, terrorçu


Baxış: 398