DOI: https://doi.org/10.36719/2663-4619/114/35-38
Faidə İsayeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0003-1568-5885
faida.isayeva@mail.ru
Təhsil diskursunda ingilis dilinin rolu
Xülasə
İngilis dilinin cəmiyyətdəki əhəmiyyəti yalnız iqtisadiyyat və iş dünyası ilə məhdudlaşmadığı üçün həm də fərqli mədəniyyətlər arasında əsas ünsiyyət vasitəsi kimi olaraq çıxış edir. Bu dilin qlobal səviyyədə əsas kommunikasiya vasitəsi kimi istifadəsi, cəmiyyətlərin beynəlxalq əlaqələrini gücləndirir və daha sıx inteqrasiya etmələrini təmin edir. Azərbaycan kimi ölkələrdə İngilis dilinin təhsildə istifadəsi də böyük əhəmiyyət kəsb edir. Bu dilin təhsil sistemində geniş yayılması, yalnız beynəlxalq əmək bazarına daha yaxşı inteqrasiyanı təmin etmir, həm də elmi biliklərə və resurslara daha asan çıxış imkanı yaradır. İngilis dilinin təhsildə istifadəsi, Azərbaycanın dünya miqyasında təhsil prestijini artırır. Təhsil metodlarının beynəlxalq standartlara uyğunlaşması, ölkədə yenilikçi təhsil yanaşmalarının tətbiqini stimullaşdırır və təhsil sistemini daha qlobal səviyyəyə qaldırır. Beləliklə, İngilis dilinin təhsil diskursunda və ümumilikdə cəmiyyətdəki rolu, müasir təhsil və dil siyasətlərinin təhlilində əhəmiyyətli yer tutur. Bu mövzu həm elmi, həm də praktiki baxımdan önəmlidir və həm qlobal, həm də yerli səviyyədə təhsil sahəsində siyasətlərin inkişafına təsir göstərir.
Açar sözlər: ingilis dili, diskurs, cəmiyyət, təhsil sistemi, kommunikasiya