DOI: https://doi.org/10.36719/2663-4619/117/101-105
Cavidan Zeynalov
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Magistrant
https://orcid.org/0009-0005-2159-2652
cavidanzeynalov11@gmail.com
Süni intellektlə yaradılan əsərlərin orijinallıq və autentiklik məsələsi
Xülasə
Süni intellektə dair nəzəri anlayışlar XX əsrin 50-ci illərində formalaşmışdır, lakin 2018-ci ildə GAN (Generative Adversarial Network - Rəqib generativ şəbəkə) texnologiyası ilə yaradılmış “Edmund de Bellami” əsəri Kristis hərracında gözlənilən qiymətindən 43 qat qat baha satılaraq sensassiya yaratmışdır və beləliklə süni intellekt sənətşünaslıq baxımından yenidən geniş miqyasda təhlil olunmağa başlandı. 2021 və 2022-ci illərdə “DALL-E”, “Midjourney” kimi neyron şəbəkəsinə əsaslanan dərin öyrənmə ilə işləyən mətnləri təsvirə çevirən süni intellekt proqramlarının kütləvi istifadəyə açılması özlüyündə süni intellekt vasitəsilə yaradılmış əsərlərin orijinallıq və autentiklik məsələsini doğurmuşdur. Bu məqalədə süni intellektlə yaradılan əsərlərin orijinallıq və autentiklik səviyyəsi sənətşünaslıq və fəlsəfi nöqteyi-nəzərdən tədqiq olunmuşdur. Lakin burada müəllif hüquqları kimi hüquqi aspektlərə toxunulmamış, birbaşa olaraq bədii yaradıcılıq aspektindən yaradılan əsərlərə dair təhlillər aparılmışdır.
Açar sözlər: süni intellekt, incəsənət, sənətşünaslıq, orijinallıq, autentiklik, fəlsəfə