DOI: https://doi.org/10.36719/2663-4619/122/50-54
Anar Məmmədov
Azərbaycan Dillər Universiteti
magistrant
https://orcid.org/0009-0001-2081-8737
mammadov.anar@gmail.com
Strateji planlaşdırma və icranın daxili korporativ münasibətlərin formalaşmasında rolu
Xülasə
Strateji planın hazırlanması və icrası yalnız təşkilatın məqsədlərinə çatmaq üçün deyil, həm də sağlam daxili korporativ münasibətlərin formalaşması üçün mühüm rol oynayır. Paylaşılan vizyon və məqsədlər işçiləri birləşdirir, əməkdaşlıq və qarşılıqlı hörməti gücləndirir. Strateji plan işçi rollarını və məsuliyyətlərini aydınlaşdırır, anlaşılmazlıqları azaldır və konfliktlərin konstruktiv məcraya yön-ləndirilməsi imkanlarını artırır. Planın hazırlanması və icrasında şəffaf kommunikasiya korporativ və fərdi dəyərlər arasında əlaqəni gücləndir, komanda üzvlərinin iştirakını təmin edir və bununla da bütün prosesə etimadı artıraraq motivasiyanı yüksəldir. Əməkdaşlıq və problem həll etmə mədəniyyəti daxili münasibətləri möhkəmləndirir və komanda ruhunu inkişaf etdirir. Nəticədə, strateji plan həm təşkilati məhsuldarlığı artırır, həm də davamlı, sağlam və harmonik iş mühiti yaradır.
Açar sözlər: strateji planlaşdırma, daxili münasibətlər, əməkdaşlıq, kommunikasiya, motivasiya, hesabatlılıq, təşkilati mədəniyyət, qarşılıqlı etimad, komanda