Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/115/280-285

Fərman Əliyev

Azərbaycan Dövlət Aqrar Universiteti

https://orcid.org/0009-0009-1252-872X

aqua.health00@gmail.com

 

Şırımla suvarmada suqoruyucu texnologiyanın pambıqçılıqda tətbiqi

 

Xülasə

 

Şırımlarla suvarma texnologiyalarını təkmilləşdirmək üçün, məlum olduğu kimi, suyun torpağa hopma sürətini, şırnağın çatma və azalma dərəcəsini, torpaq nəmliyinin paylanmasının vaxtını və müntəzəmliyini ölçmək üçün bir çox tədqiqatlar aparılır. Məqsəd polimer-polimer kompleksindən istifadə etməklə suqoruyucu üsulların tətbiqi üçün pambığın suvarılmasının optimal elementlərini tədqiq edərkən bu parametr və göstəriciləri nəzərdən keçirməklə suqoruyucu texnologiyaların tətbiqinin əsaslandırılmasıdır.

Suvarılan torpaqların meliorasiyası, torpaq münbitliyinin artırılması, su qıtlığı şəraitində mövcud su ehtiyatlarından səmərəli istifadə olunması və əlavə su mənbələrinin formalaşdırılması əsas məqsədlərdəndir. Bu baxımdan, su qıtlığı, suya qənaət edən suvarma texnologiyaları və torpaqların meliorasiyasının intensiv üsullarla təkmilləşdirilməsi sahəsində elmi tədqiqatların aparılması və pambığın suya qənaətli becərilməsi üzrə texnologiyaların ölkə miqyasında tətbiqi böyük əhəmiyyət kəsb edir. Pambığın şırımlarla suvarılmasında suya qənaət edən suvarma texnologiyası tətbiq edilmişdir. Müəyyən olunmuşdur ki, torpaq rütubətinin, məsaməli suvarma rejiminin, mövsümi su normasının, torpaqdakı qida maddələrinin, əkin sıxlığının, məsaməli böyümənin, inkişafın, məhsuldarlığın keyfiyyət göstəricilərinin artırılmasına səbəb olan səmərəli suvarma texnologiyası zamanı əldə olunmuşdur.

Açar sözlər: lizimetrik, suqoruyucu, polielektrolit, fosfogips, eksperimental, kompozit


Baxış: 266