DOI: https://doi.org/10.36719/2663-4619/115/234-237
Eltac Osmanov
Bakı, Azərbaycan
https://orcid.org/0009-0004-2938-3313
eltacosmanov7@gmail.com
Şərqi Zəngəzur iqtisadi rayonunda torpaq idarəçiliyində rəqəmsal
transformasiya imkanları
Xülasə
Məqalədə Şərqi Zəngəzur iqtisadi rayonunda torpaq idarəçiliyinin müasir tələblərə uyğun qurulması və rəqəmsal transformasiya imkanlarının tətbiqi məsələləri araşdırılır. Regionun strateji əhəmiyyəti, zəngin təbii resursları və kənd təsərrüfatı potensialı kontekstində torpaq resurslarının səmərəli idarə olunması vacib məsələlərdən biri kimi çıxış edir. Bu məqsədlə rəqəmsal texnologiyaların, xüsusilə Coğrafi İnformasiya Sistemləri (CİS), uzaqdan zondlama (remote sensing), dron monitorinqi və inteqrasiya olunmuş torpaq məlumat bazalarının tətbiqi imkanları təhlil olunur.
Xülasədə, həmçinin torpaq kadastrı və yerquruluşu sistemlərinin rəqəmsallaşdırılması vasitəsilə şəffaflığın artırılması, torpaq istifadəsinin dəqiq uçotu və planlaşdırılması, eləcə də idarəetmədə operativliyin yüksəldilməsi perspektivləri vurğulanır. Regionda həyata keçirilən və planlaşdırılan infrastruktur layihələri, məcburi köçkünlərin qayıdışı və kənd təsərrüfatının bərpası fonunda torpaq idarəçiliyinin rəqəmsallaşdırılması mühüm prioritet kimi dəyərləndirilir.
Açar sözlər: rəqəmsal transformasiya, torpaq idarəçiliyi, Şərqi Zəngəzur, Coğrafi İnformasiya Sistemləri (CİS), torpaq kadastrı, yerquruluşu, uzaqdan zondlama