Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/56/14-18

Aysel Qəribova

Bakı Dövlət Universiteti

tarix üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0005-6640-1004

ayxan.aysel611@gmail.com

 

Səfəvi dövlətinin Mərkəzi Asiya xanlıqları ilə münasibətləri V.V.Bartoldun tədqiqatlarında (XVI–XVII əsrlər)

 

Xülasə

 

Məqalədə görkəmli rus şərqşünası Vasili Vladimiroviç Bartoldun XVI–XVII əsrlərdə Səfəvi dövlətinin Mərkəzi Asiya xanlıqları ilə münasibətlərinə dair tədqiqatları təhlil edilir. Araşdırmada V.V.Bartoldun əsərləri əsasında Səfəvi–Şeybani qarşıdurmasının mahiyyəti, Xorasanın geosiyasi və tarixi-coğrafi əhəmiyyəti, Xivə xanlığı ilə diplomatik münasibətlər və beynəlxalq ticarət yollarının rolu kompleks şəkildə qiymətləndirilmişdir. Müəllif göstərir ki, V.V.Bartold Səfəvi–Mərkəzi Asiya münasibətlərini yalnız məzhəb ziddiyyətləri çərçivəsində deyil, siyasi hakimiyyət uğrunda mübarizə, strateji ərazilərə nəzarət və iqtisadi maraqlar kontekstində izah etmişdir. Xüsusilə Xorasan bölgəsi Səfəvilər və özbək xanlıqları arasında “təmas zonası” kimi təqdim olunur və bu regionun hərbi-strateji, iqtisadi və mədəni əhəmiyyəti vurğulanır. Məqalədə 1628–1629-cu illər Xorasan hadisələri və özbək xanı Əbülqazinin Səfəvi sarayına göndərilməsi məsələsi V.V.Bartoldun şərhləri əsasında təhlil edilir, girovluq institutunun diplomatik alət kimi rolu göstərilir. Eyni zamanda, Səfəvi dövlətinin Avrasiya ticarət sistemində tranzit mövqeyi, Mərkəzi Asiya, Hindistan və Rusiya istiqamətində karvan yollarına nəzarət məsələsi araşdırılır. Nəticə etibarilə, V.V.Bartoldun metodoloji yanaşmasının – tarixi-coğrafi metod, mənbələrin tənqidi təhlili və regional baxış – Səfəvi–Mərkəzi Asiya münasibətlərinin öyrənilməsində mühüm elmi əhəmiyyətə malik olduğu müəyyən edilir.

Açar sözlər: Səfəvi dövləti, Mərkəzi Asiya, Xorasan, V.V.Bartold, diplomatik münasibətlər, beynəlxalq ticarət

 

 


Baxış: 11