Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/120/59-63

Lalə Məmmədova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

https://orcid.org/0009-0004-0683-7191

lale_memmedova95@bk.ru

 

Sağlamlıq imkanları məhdud uşaqların sosial-emosional inkişafı üçün terapiyanın əhəmiyyəti

 

Xülasə

 

Hazırkı dövrdə cəmiyyət qarşısında duran əsas məsələlərdən biri sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə uğurla uyğunlaşmasını təmin etmək, onların inkişaf ehtiyaclarını vaxtında aşkar edərək lazımi dəstəyi təqdim etməkdir. Bu uşaqlara yönələn terapiya, onların fərdi inkişaf xüsusiyyətləri və potensialları nəzərə alınaraq, fiziki, emosional, sosial və idrak sahələrdə baca­rıqlarını gücləndirməyə yönəlmiş xüsusi metod və müdaxilələri əhatə edir. Terapiyanın növü hər uşağın xüsusiyyətlərinə uyğun seçilməli və bu proses mütəxəssislərdən ibarət multidissiplinar komandalar tərəfindən həyata keçirilməlidir. Sağlamlıq imkanları məhdud uşaqlarda tətbiq olunan terapiyalar onların həyat keyfiyyətinin yaxşılaşdırılmasında və cəmiyyətə inteqrasiyasında vacib əhəmiyyət kəsb edir. Terapiya proqramları uşağın fərdi tələblərinə əsaslanaraq hazırlanmalı və daimi nəzarət altında saxlanılmalıdır. Effektiv nəticələr əldə etmək üçün terapiya yalnız peşəkarlar tərəfindən deyil, həmçinin valideynlər və təhsil müəssisələrinin əməkdaşlığı ilə kompleks şəkildə aparılmalıdır. Cəmiyyət olaraq bizə düşən əsas missiya yalnız yardım göstərmək deyil, həm də bu uşaqların imkanlarını ortaya çıxarmaq və onların həyatlarını daha mənalı və tam yaşaması üçün şərait yaratmaqdır. Bu məqsədə inklüziv yanaşmanın, pedaqoji və psixoloji dəstəyin və fasiləsiz terapiya prosesinin uyğun şəkildə birləşdirilməsi ilə nail olmaq mümkündür.

Açar sözlər: sağlamlıq məhdudiyyətləri, müalicə, fiziki, emosional, sosial və kognitiv qabiliy­yətlər


Baxış: 242