Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/117/69-72

İntiqam Niyazlı

Bakı Slavyan Universiteti

magistrant

https://orcid.org/0009-0004-2277-9999

intiqam.niyazli.1@gmail.com

 

Şagirdlərin sosial inkişafında kütləvi informasiya vasitələrinin

təsir metodlarının rolu

 

Xülasə

 

Müasir informasiya cəmiyyətində kütləvi informasiya vasitələinin uşaqlar və yeniyetmələr üzərində təsiri getdikcə güclənir və onların dünyagörüşünə, davranışlarına, sosial münasibətlərinə əhəmiyyətli şəkildə təsir göstərir. Yeniyetmələr informasiya texnologiyalarına daha çox meyllidir və bu da onların sosiallaşma prosesinə bilavasitə təsir edir. Burada KİV-in formalaşdırıcı rolu, onların verdiyi mesajların şüuraltı təsir gücü, manipulyativ metodlar, vizual və verbal təsir texnikaları ətraflı şəkildə araşdırılıb. Eyni zamanda, bu vasitələrin psixoloji təhlükələri və potensial faydaları dəyərləndirilib. Yeniyetmələrin şəxsiyyətinin inkişafında KİV-in rolunun düzgün istiqamətləndirilməsinin vacibliyini vurğulanıb və valideyn-pedaqoq tandeminin əhəmiyyətini ön plana göstərilib. Tədqiqat nəticəsində məlum olmuşdur ki, media kontentinin pedaqoji nəzarəti və şagirdlərə media savadlılığının aşılanması onların sosial bacarıqlarının formalaşmasında mühüm rol oynayır. KİV-in təsiri həm müsbət, həm də mənfi nəticələr doğura bilər və bu təsirlərin xarakteri, əsasən, istifadə formasından və təhsil mühitindən asılıdır. Məqalədə yeniyetmələrlə işdə effektiv pedaqoji yanaşmaların və media savadlılığının artırılmasının zəruriliyini əsaslandırılmışdır. KİV-in manipulyativ və maarifləndirici funksiyalarına diqqət yetirilib və bu vasitələrin düzgün istiqamətləndirilməsinin məktəblilərin sağlam sosial inkişafı üçün zəruriliyi vurğulanıb. KİV müasir cəmiyyətdə təkcə məlumat ötürən bir alət deyil, həm də güclü sosial tərbiyə və formalaşdırma vasitəsi kimi çıxış edir.

Açar sözlər: kütləvi informasiya vasitələri, şagirdlər, təsir metodları, pedoqoji təsir, sosiallaşma, sosial inkişaf


Baxış: 338