DOI: https://doi.org/10.36719/2663-4619/113/107-111
Xədicə Hidayətova
Bakı Dövlət Universiteti
https://orcid.org/0009-0000-7185-4183
khadijahidayatova@gmail.com
Respublika iqtisadiyyatı məhsuldarlığının xərclər-buraxılış
modelinin birbaşa xərclər əmsalları matrisinin məxsusi
qiymətləri vasitəsilə dəyərləndirilməsi
Xülasə
İqtisadiyyatda əmək məhsuldarlığı firma və müəssisələrin istehsal fəaliyyətində mühüm amildir. Nəzərdən keçirilən işdə Xərclər-Buraxılış cədvəli əsasında ölkənin məhsuldarlığı birbaşa məsrəf əmsalları matrisinin məxsusi qiymətləri vasitəsilə qiymətləndirilmişdir. Bunun üçün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən tərtib edilmiş 2016-cı il üzrə sahələrarası balans hesabatlarından istifadə edilmişdir. Sahələrarası balans cədvəlinin tərtibi və müvafiq modelin işlənməsi və realizasiyası üzrə tədqiqatların aparılması aktual məsələlərdən hesab olunur. Bu mübadilənin təhlili, iqtisadi planların tərtib olunması, sahə göstəricilərinin dəyişənlərdən asılılığının müəyyənləşdirilməsi zərurəti meydana çıxır. Bu məqalədə excel cədvəl prosessoru vasitəsilə Sahələrarası balans tənlikləri həll edilmiş, məxsusi ədədlər Mathlab riyazi proqram paketi vasitəsilə tədqiq edilmiş, simulyasiya modeli qurulmuş, multiplikativ effektlər dəyərləndirilmiş,alınan nəticələr təhlil edilmiş və müəyyən təkliflər verilmişdir.
Açar sözlər: xərclər-buraxılış modeli, məxsusi ədədlər, sahələrarası balans tənlikləri, neft və qeyri-neft sektorları, ölkə iqtisadiyyatı