Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/124/81-84

Röya Nəsibova

Bakı Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0002-8047-5139

royanesibova@gmail.com

 

Regionların sosial-iqtisadi inkişafında azad iqtisadi zonaların

potensial təsir imkanlarının təhlili

 

Xülasə

 

“Regionların sosial-iqtisadi inkişafında azad iqtisadi zonaların potensial təsir imkanlarının təhlili” mövzusunda aparılan bu tədqiqat, ölkə daxilində iqtisadi fəallığın balanslaşdırılmış paylanmasına və regionlararası bərabərsizliyin azaldılmasına yönəlmiş əsas vasitə kimi azad iqtisadi zonaların (AİZ) rolunu araşdırır. Tədqiqatın məqsədi AİZ-lərin regionların inkişafında yaratdığı imkanları və riskləri müəyyənləşdirmək, onların sosial rifaha və iqtisadi göstəricilərə olan təsirini dəyərləndirməkdir.

Araşdırmada beynəlxalq təcrübə ilə yanaşı, Azərbaycanda yaradılmış və planlaşdırılan azad iqtisadi zonaların (məsələn, Ələt Azad İqtisadi Zonası) fəaliyyət modelləri təhlil olunur. AİZ-lərin investisiya axınlarının cəlb olunması, yeni iş yerlərinin yaradılması, infrastrukturun təkmilləşdirilməsi və ixrac yönümlü istehsalın təşviqi kimi aspektlərdə regionların sosial-iqtisadi inkişafına müsbət təsiri vurğulanır.

Tədqiqat nəticəsində müəyyən olunur ki, düzgün planlaşdırılmış və effektiv idarə olunan AİZ-lər regionlarda innovasiya mühitinin formalaşmasına, sahibkarlığın inkişafına və sosial rifahın yüksəlmə-sinə mühüm töhfə verə bilər. Lakin bu prosesin uğuru bir sıra şərtlərdən — hüquqi-normativ bazanın dayanıqlılığı, nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi və kadr potensialının hazırlanmasından da asılıdır. Sonda tədqiqat əsasında AİZ-lərin regionlarda daha effektiv tətbiqi üçün tövsiyələr təqdim olunur.

Açar sözlər: region, sosial, iqtisadi, potensial, hüquqi

 

 


Baxış: 77