DOI: https://doi.org/10.36719/2663-4619/115/224-229
Mehrac Abbaslı
Bakı Slavyan Universiteti
magistrant
https://orcid.org/0009-0002-7358-4548
mehracabbasli7@gmail.com
Regional liderliyin davamlılığı və gələcək perspektivlər
Xülasə
Bu məqalədə regional liderlik anlayışının mahiyyəti və Azərbaycanın regional liderlik mövqeyinin davamlılığını təmin edən əsas faktorlar təhlil olunur. Regional liderlik müasir beynəlxalq münasibətlərdə əhəmiyyət kəsb edir və iqtisadi, siyasi, sosial və təhlükəsizlik amillərinə bağlıdır. Azərbaycan, Cənubi Qafqazda regional lider kimi mövqeyə malikdir və bu mövqenin qorunması üçün iqtisadiyyatın diversifikasiyası, infrastruktur inkişafı və xarici siyasət sahəsində islahatlar həyata keçirir. Azərbaycanın regional liderliyinin əsas faktorlardan biri onun strateji coğrafi mövqeyidir. Xəzər hövzəsində yerləşməsi, enerji ixracı və beynəlxalq ticarət əlaqələrində üstünlük təmin edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər qlobal layihələr Azərbaycanın regional liderlik mövqeyini gücləndirir. Daxili siyasi sabitlik və iqtisadi artım da liderliyin əsas amilləridir. İqtisadiyyatın modernləşdirilməsi və innovativ texnologiyaların tətbiqi ölkənin rəqabət qabiliyyətini artırır. Azərbaycanın xarici siyasəti də regional liderliyin davamlılığını təmin edir. Balanslaşdırılmış xarici siyasət və beynəlxalq təşkilatlarla əməkdaşlıq ölkənin beynəlxalq nüfuzunu artırır. Bununla yanaşı, Azərbaycanın regional liderliyinin davamlılığı üçün qlobal iqtisadi böhranlar, enerji bazarındakı dəyişikliklər və regional münaqişələr kimi çağırışlar mövcuddur. Bu məsələlərin həlli üçün iqtisadi diversifikasiya və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi vacibdir. Azərbaycanın regional liderliyi siyasi sabitlik, iqtisadi islahatlar və sosial rifahın artırılması ilə möhkəmlənir və uzunmüddətli perspektivdə güclənəcəkdir.
Açar sözlər: regional liderlik, iqtisadi dayanıqlılıq, enerji strategiyası, beynəlxalq əməkdaşlıq, geosiyasi mövqe, nəqliyyat-tranzit potensialı