Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/111/21-26

Nailə İbrahimova

Bakı Dövlət Universiteti

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0004-2992-9099

UOT 81.111

ibrahimovanaila13@gmail.com

 

Quruluşuna görə cümlə üzvlərinin xüsusiyyətləri

 

Xülasə

Tədqiqatın məqsədi. Cümlə müəyyən qrammatik qaydalara uyğun olaraq söz və ya ifadələrdən ibarət olan və bitmiş məna ifadə edə bilən dil vahididir. Cümlə məna kəsb etmək, hərəkəti və ya vəziyyəti ifadə etmək üçün məntiqi ardıcıllıqla yerləşdirilmiş sözlər toplusundan ibarətdir. Cümlə üzvləri cümlənin struktur elementləridir. Onlar bir cümlədə birləşir və müəyyən funksiyaları yerinə yetirirlər. Cümlə üzvləri bir və ya bir neçə sözdən ibarət ola bilər və yalnız cümlə daxilində bütövlükdə köçürülə bilər.

Quruluşuna görə cümlə üzvlərinin xüsusiyyətlərinin araşdırılması dilçiliyin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədqiqatın məqsədi cümlə üzvlərinin quruluşunun öyrənilməsi, qrammatik əlaqələrin müəyyən edilməsi və cümlə üzvlərinin funksional əhəmiyyətinin təhlil edil­məsidir. Quruluşuna görə cümlələr əsasən sadə və ya mürəkkəb cümlə olmaqla iki hissəyə bölünür. Sadə cümlə bir feildən ibarət olan cümlələrdir. Sadə cümlədən fərqli olaraq mürəkkəb cümlə bir və ya bir neçə cümlədən ibarət olur.

Tədqiqat metodu. Bu tədqiqatın araşdırılması zamanı analitik metod, eksperimental metod, tətbiqi metoddan istifadə edilmişdir. Tədqiqatda işlədilən sintaktik təhlil cümlələrin quruluşu müəy­yən edilir, morfoloji təhlil cümləni ethiva olan sözlərin morfoloji xüsusiyyətləri araşdırır.

Tədqiqatın nəticələri. Tədqiqatın əsas nəticələri cümlə üzvlərinin ümumi xarakteristikasının, cümlə üzvlərinin quruluşunun və nitq hissələrinə görə xüsusiyyətlərinin araşdırılması baxımdan əhəmiyyət kəsb edir. Cümlə üzvlərinin quruluşuna görə araşdırılmasının nəticələri dilçilik və üslu­biyyat baxımından önəmlidir.

Açar sözlər: cümlə, cümlə üzvləri, sadə cümlələr, cümlənin quruluşu, mürəkkəb cümlələr, ardıcıl cümlə

 


Baxış: 377