DOI: https://doi.org/10.36719/2663-4619/124/177-183
Lalə Rüstəmova
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
texnika üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-5378-6954
lala.rustamova.1967@mail.ru
Süleyman Məmmədov
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
https://orcid.org/0009-0001-7167-5625
suleyman.mamedov.54@mail.ru
Nurlanə Atakişiyeva
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
https://orcid.org/0009-0003-5550-8311
nurlaneatakishiyeva@gmail.com
Vüqarə Məmmədova
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
https://orcid.org/0000-0001-8388-9383
ms.vuqare@mail.ru
Lalə Rəşidova
Azərbaycan Universiteti
https://orcid.org/0009-0006-9162-3247
lale_rashidova@au.edu.az
Quba-Xaçmaz iqtisadi rayonunda su çiçəyi infeksiyasına görə
epidemioloji vəziyyət
Xülasə
Quba-Xaçmaz iqtisadi rayonunda 2021–2022-ci illərdə su çiçəyi infeksiyası ilə xəstələnmənin epidemioloji xüsusiyyətlərinin öyrənilməsi.
Tədqiqat işi dizayna görə retrospektiv epidemioloji tədqiqatdır. Tədqiqat işində 2021–2022-ci illərdə Quba-Xaçmaz iqtisadi rayonunda uşaq və yetkin yaşlı əhali arasında su çiçəyi infeksiyası ilə xəstələnmənin mütləq sayı haqqında rəsmi statistik məlumatlar Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 09.12.2010-cu il tarixli 19/5 №-li Sərəncamı ilə təsdiq edilmiş “Yoluxucu və parazitar xəstəliklər haqqında” 1 nömrəli hesabat formasından əldə edilmişdir. Tədqiqat işində Quba-Xaçmaz (Quba, Xaçmaz, Qusar, Siyəzən və Şabran) iqtisadi rayonunda su çiçəyi infeksiyası ilə xəstələnmənin mütləq sayı əsasında yaş, cins, mövsümilik, intensivlik və ekstensivlik göstəriciləri təyin edilmişdir. Retrospektiv epidemioloji təhlilin nəticələri göstərir ki, həm 2021-ci ildə, həm də 2022-ci ildə Quba-Xaçmaz iqtisadi rayonunda su çiçəyi infeksiyası ilə xəstələnmə hallarının sayı qadınlar arasında kişilərə nisbətən az olmuşdur. 0–17 yaş uşaqlar arasında su çiçəyi ilə xəstələnmə sayı 18 yaşdan yuxarı yaş qrupu ilə müqayisədə 2021-ci ildə 2022-ci ilə nisbətən 2 dəfədən artıq olmuşdur. 2021-ci ildə su çiçəyi infeksiyası ilə xəstələnmənin ən yüksək intensivlik göstəricisi hər 1000 nəfər əhaliyə 2,6 nəfər olmaqla Şabran rayonunda, 2022-ci ildə hər 1000 nəfər əhaliyə 10,2 nəfər olmaqla yenə də Şabran rayonunda aşkar olunmuşdur. 2021-ci ildə su çiçəyi infeksiyası ilə xəstələnmənin maksimal həddi 89,0% olmaqla yaz mövsümündə Şabran rayonunda, 2022-ci ildə 75,5% olmaqla payız fəslində Xaçmaz rayonunda müşahidə olunmuşdur.
ÜST-in 05 sentyabr 2018-ci il tarixində yenilənmiş “Su çiçəyinə görə idarə olunan infeksiyaların epidemioloji nəzarətinin standartları” adlı sənəddə hər il dünyada 4,2 milyon ağır və ağırlaşmış su çiçəyi hallarının və 4200 letal halların qeyd olunduğu bildirilir.
Açar sözlər: su çiçəyi infeksiyası, retrospektiv epidemioloji təhlil, epidemik proses, epidemioloji nəzarət, risk qrupu, risk amili