Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/121/77-80

Sevda Ağayeva

Bakı Slavyan Universiteti

https://orcid.org/0009-0001-6186-2136

agayevasevda94@gmail.com

 

Qotik janrın inkişafı: Meri Şellinin Frankenşteynindən müasir qorxu ədəbiyyatına qədər

 

Xülasə

 

Bu məqalədə qotik ədəbiyyatın tarixi inkişaf mərhələləri və onun müasir qorxu ədəbiyyatına təsiri araşdırılır. Tədqiqat göstərir ki, qotik janr XVIII əsrdən etibarən bədii yaradıcılıqda insan qorxularının, sirr və fövqəltəbii elementlərin ifadəsi kimi meydana çıxmış və zamanla dərin fəlsəfi və psixoloji çalarlar qazanmışdır. Meri Şellinin Frankenşteyn əsəri bu janrda mühüm dönüş nöqtəsi olmaqla yanaşı, qotik janrın müasir dövrə keçidində körpü rolunu oynamışdır. Məqalədə həm klassik, həm də müasir qotik və qorxu ədəbiyyatına dair nümunələr müqayisəli şəkildə təhlil olunur, janrın tematik və struktur çevikliyi vurğulanır. Nəticədə, qotik janrın yalnız tarixi deyil, həm də bu günkü ədəbi və mədəni kontekstdə aktuallığını qoruduğu qənaətinə gəlinir.

Açar sözlər: Qotik ədəbiyyat, Meri Şelli, Frankenşteyn, qorxu janrı, müasir ədəbiyyat, psixoloji qorxu


Baxış: 140