DOI: https://doi.org/10.36719/2663-4619/124/171-176
Maya Qədirova
Azərbaycan Tibb Universiteti
magistrant
https://orcid.org/0009-0008-0011-7109
gadirovamaya3@gmail.com
Firəngiz Quliyeva
Azərbaycan Tibb Universiteti
biologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0004-8983-4948
firangiz455@gmail.com
Qlomerulonefritli xəstələrdə oksidativ stress göstəricilərinin
müqayisəli təhlili
Xülasə
Qlomerulonefrit zamanı böyrək toxumasının zədələnmə mexanizmlərində oksidativ stressin rolu aktual tədqiqat mövzusudur. Təqdim olunan işin əsas məqsədi qlomerulonefritli xəstələrdə prooksidant və antioksidant sistemlərin arasındakı balansı labaratoriya səviyyəsində qiymətləndirməkdir.
Təqdim edilən işdə böyrək toxumasının zədələnmə dərəcəsini qiymətləndirmək üçün qan nümunələrində lipid peroksidləşməsinin göstəricisi kimi malondialdehid (MDA) və antioksidant müdafiə sisteminin əsas komponenti kimi qlutation (QSH) səviyyələri təyin edilmişdir. Paralel olaraq, böyrəklərin funksional vəziyyətini yoxlamaq üçün qan serumunda kreatinin miqdarı da ölçülmüşdür. Lipilərin peroksidləşməsinin ən son məhsulu olan MDA-nın konsentrasiyasının artması, hüceyrə membranlarının aktiv oksigen formaları (AOF) tərəfindən kəskin zədələnməsinin göstəricisidir.
Eyni zamanda, hüceyrədaxili əsas antioksidantlardan biri olan QSH-ın azalması redoks homeostazını pozur, bu da qlomerulyar hüceyrələrin apaptozuna və funksional itkisinə səbəb olur. Bu pozulmaların nəticəsində qlomerulyar filtrasiya sürətini azalır və böyrək çatışmazlığı müşayiət olunur, bu da qan zərdabında kreatinin səviyyəsinin kəskin artımı ilə özünü göstərir.
Yekun olaraq, əldə edilən nəticələr bizə patoloji proses zamanı orqanizmdə gedən oksidativ dəyişiklikləri və böyrək funksiyasını biokimyəvi cəhətdən analiz etməyə imkan verir.
Açar sözlər: Qlomerulonefrit (QN), oksidstiv stress (OS), reaktiv oksigen növləri (ROS), malondialdehid(MDA), reduksiya olunmuş qlutation (QSH)