Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/206-210

Şahsənəm Musayeva

Bakı Slavyan Universiteti

magistrant

https://orcid.org/0009-0002-8021-1977

sanammusayeva27@gmail.com

 

Psixologizm ədəbiyyatda insan psixikasının təsviri kimi

 

Xülasə

 

Məqalə ədəbiyyatda insan psixikasını geniş və çoxşaxəli şəkildə araşdırır. İnsan psixikası olduqca mürəkkəb bir məfhum olduğu üçün, onun özünəməxsus şərhə və izaha ehtiyacı vardır. Psixologizm insanın daxili aləmini, mənəvi böhranları, psixoloji konflikti aydınlaşdırır. Burada F.M.Dostoyevski, A.P.Çexov kimi dahi yazıçıların yaradıcılıqlarından konkret nümunələrlə insan psixikasının ədəbiyyatda rolu araşdırılır. Bununla yanaşı insan psixikasının həmçinin müasir ədəbiyyatda hansı mövqe tutduğu qeyd olunur. Psixologizmin ədəbiyyatda hansı funksiyaları yerinə yetirdiyi vurğulanır. Psixologizmin inkişaf etməsi, ədəbiyyatın insanı daha dərindən anlamasına xidmət edir. Bununla əlaqədar olaraq, konkret obrazlar timsalında psixikanın araşdırılması əsas məqsəd kimi çıxış edir. Beləliklə, məqalə insan psixikasının ədəbiyyatda hansı səciyyədə olduğunu təsvir edir. Nəticədə, psixologizmin rolu ədəbiyyatda heç zaman azalmır, insan psixikasını analiz edən bu yanaşma gələcəkdədə mühüm əhəmiyyət daşıyacaqdır.

Açar sözlər: psixologizm, konflikt, psixika, daxili aləm, psixoloji portret

 


Baxış: 263