Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/112/105-110

Fatma Hüseynova

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

tibb üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0009-6805-2302

huseynova01049@gmail.com

Şəhla Əliyeva

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

biologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0006-6971-4679

shahlaaliyeva1969@gmail.com

Zivər Abseynova

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

https://orcid.org/0009-0009-1366-0896

ziver.abseynova@mail.ru

İlhamə Məsimova

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

https://orcid.org/0009-0004-5507-3650

ilhamemasimova73@gmail.com

Sevda Rəhimli

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

https://orcid.org/0009-0001-0332-9667

sevda.rahimli90@gmail.com

 

Plasmodium vivax-ın in vitro kultivasiyasında fiziki amillərin rolu

 

Xülasə

Üçgünlük malyariya törədicisi olan P.vivax geniş coğrafi ərazidə yayılıb, hər il 80 milyona qədər insanın yoluxmasına səbəb olur. Xəstəlik törədicisinin in vitro fasiləsiz kulturasının alınmaması bu malyariya növünə qarşı effektli mübarizə aparılmasını, vaksin hazırlanmasını çətinləşdirir. P.vivax-ın mürəkkəb bioloji xüsusiyyətləri onun uzunmüddətli kulturasının alınmasına əngəl törədir. Bu plazmodium növünün fasiləsiz kultivasiyası üçün hələlik standart protokol mövcud deyildir. P.vivax-ın fasiləsiz kulturasının alınmaması səbəblərindən biri kimi merozoitlərin sahib hüceyrəyə daxil ola bilməməsi göstərilir. Tədqiqatçıların fikrinə görə P.vivax-ın kulturasının standartlaşdırılması üçün bir çox aspektlər nəzərdən keçirilməlidir.

Məqalədə üçgünlük malyariya törədicisinin (Plasmodium vivax) in vitro fasiləsiz kulturasının alınması üçün vacib olan müxtəlif fiziki faktorlar araşdırılır. Parazit mənbəyinin düzgün seçilməsi, qan nümunələrinin saxlanması şəraiti, qaz tərkibi, temperatur P.vivax-ın in vitro uzunmüddətli kulturası üçün əhəmiyyətli ola biləcək amillər sırasındadır. Digər bir sual parazitin in vitro inkişafı üçün statik və ya dinamik kultura şəraitinin seçilməsu ilə bağlıdır. Bəzi araşdirmaçılar P.vivax üçün bu 2 kultura sistemindən növbəli olaraq istifadə etmişlər.

Açar sözlər: malyariya, P.vivax, fasiləsiz kultura, parazit mənbəyi, izolyat, statik və dinamik kultura



Baxış: 192