DOI: https://doi.org/10.36719/2663-4619/113/233-236
Alimə Musayeva
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutu
https://orcid.org/0009-0001-9121-0833
dr.alimaphd@mail.ru
Ortodontiyada sinif anomaliyaları: etiologiya, diaqnostika,
tədqiqat və müalicə metodları
Xülasə
Sinif anomaliyaları ortodontiyada ən çox rast gəlinən anomaliya növlərindəndir və müxtəlif skelet, diş və funksional amillər nəticəsində yaranır. Bu məqalədə Angle təsnifatına əsasən I, II və III sinif anomaliyalar araşdırılır, onların etiologiyası, diaqnostikası və müalicə metodları izah edilir. Bundan əlavə, 50 pasiyent üzərində aparılmış klinik tədqiqatın nəticələri təqdim olunur. Tədqiqatlar sinif anomaliyalarının genetik və ətraf mühit faktorlarının təsirini daha dərindən araşdırmalı, müalicə üsullarının uzunmüddətli effektivliyini qiymətləndirməlidir. Ortodontik anomaliyaların qarşısının alınması və erkən mərhələdə aşkarlanması üçün daha genişmiqyaslı tədqiqatlara ehtiyac vardır.
Açar sözlər: sinif anomaliyaları, anomaliya, ortodontik müalicə, Angle təsnifatı, diş, çənə