Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/148-152

Muğdət Abdullayev

Bakı, Azərbaycan

https://orcid.org/0009-0002-7773-9658

mugdet.abdul@mail.ru

 

Nizami yaradıcılığında atəşpərəstlik simvolikası

 

Xülasə

 

Nizami "Xəmsə"sinin əsas qaynaqlarından biri Zərdüştlük dini və bu dinin müqəddəs kitabı olan Avestadır. Şairin yaradıcılığında atəşpərəstlik fəlsəfəsi ilə yanaşı, simvolik elementləri də öz əksini tapmışdır.

Məqalədə zərdüştlükdə müqəddəslik dəyəri qazanmış od, onun mahiyyəti və əhəmiyyəti haqqında bəhs edilmişdir. Həmçinin bu dinin xaç, xoruz, yumurta və s. kimi rəmzi məna kəsb edən anlayışları izah edilir. Simvolların işlənmə məqamından asılı olaraq onların poetik xüsusiyyətləri də tədqiqata cəlb olunur.

Nizaminin əsərlərindən gətirilən bədii nümunələrdən şairin bu dinin əsasları, fəlsəfi anlayışları haqqında ətraflı məlumata sahib olduğu açıqca görünür. Əsərlərdəki simvollarla qarşılaşarkən Nizaminin onlardan bəzən məcaz yaratmaq üçün də istifadə etdiyinin şahidi oluruq. Bu isə əsərin poetik təsir gücünü daha da artırmış olur.

Açar sözlər: Nizami, Zərdüştlük, simvol, poetik rəmz, atəşpərəstliyin izləri


Baxış: 258