Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/113/43-49

Leyla Hüseynova

Eduventure MMC

https://orcid.org/0009-0007-7872-5393

leylarauf83@gmail.com

 

Neyrologiya və ingilis dili bacarıqları: koqnitiv mexanizmlər

və innovativ öyrənmə metodları

 

Xülasə

Məqalə nevrologiya və koqnitiv elmlərin müasir nailiyyətləri nəzərə alınmaqla ingilis dili baca-rıqlarının inkişafı üçün optimal metodların müəyyənləşdirilməsinə və praktiki tətbiq imkanlarının araşdırılmasına həsr edilmişdir. Müasir neyroelmi tədqiqatlar göstərir ki, beynin müxtəlif bölgələri dil öyrənmə prosesində iştirak edir və neyrooplastiklik yeni dillərin mənimsənilməsində mühüm rol oynayır. Beyinə əsaslanan öyrənmə üsulları, multisensor yanaşmalar, neyrooplastiklik prinsipləri və innovativ texnologiyalar (süni intellekt, virtual reallıq) ingilis dilini daha effektiv öyrənməyə imkan verir. Müxtəlif beynəlxalq və yerli tədqiqatlar təsdiqləyir ki, xarici dil öyrənilməsi beynin neyron şəbəkələrində dəyişikliklər yaradır, dil bacarıqları yaddaş və assosiasiya mexanizmləri vasitəsilə in­kişaf edir. Məqalədə dilin qavranılması və istehsalında Broca və Wernicke sahələrinin, hipokam-pusun və prefrontal korteksin funksiyaları ətraflı izah edilir. Beyin əsaslı öyrənmə yanaşmalarının (oyun əsaslı öyrənmə, NLP, təkrar texnikaları) effektivliyi də vurğulanır. Sonda ingilis dilində danışıq bacarıqlarının inkişafı üçün praktiki və neyroelmi metodların birləşdirilməsi tövsiyə olunur. Gələcək tədqiqatların bu metodların geniş tətbiqinin və effektivliyinin qiymətləndirilməsinə yönəldilməsi vacib hesab edilir.

Açar sözlər: nevrologiya, koqnitiv mexanizmlər, dil öyrənmə, neyroplastiklik, Broka sahəsi, Wernicke sahəsi, hipokampus, prefrontal korteks, beyin əsaslı öyrənmə, multisensor üsullar, süni intellekt, virtual reallıq, oyun əsaslı öyrənmə

 


Baxış: 117