Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/111/119-123

Gülsüm Tağızadə

 Qərbi Kaspi Universiteti

 magistrant

https://orcid.org/0009-0002-0841-5107

 gulsumtagizade0@gmail.com

 

Nadir şahın ordusu: XVIII əsrin ən güclü hərbi qüvvəsi

 

Xülasə

XVIII əsrin ən parlaq və güclü hərbi liderlərindən biri olan Nadir şah Əfşar (1688-1747) güclü iradəsi ilə bütün dünyaya meydan oxuya bilən böyük bir ordu yaratmağa nail olaraq tarixə adını yazdıran böyük şəxsiyyətlərdən biridir.

Nadir şah Əfşarın hərbi fəaliyyəti Baba Əli Bəyin xidmətində olduğu zaman başlamışdır. Səfəvilər dövlətinin zəiflədiyi bir zamanda Nadir xan Əfşar hərbi bacarığı sayəsində xarici düşmən­lərə qarşı mübarizə aparmaq məqsədilə qüdrətli bir ordu qura bildi. Hakimiyyəti də tam olaraq ələ keçirən Nadir Əfşarlar nəslinin hökmdarı olaraq müasiri olduğu dövrün hərbi taktika və strategiyalarını yaxşı mənimsəmiş, ordusunu zamanın ən təsirli və güclü hərbi qüvvələrindən birinə çevirə bilmişdi. Nadir şah Əfşarın hərbi taktikasının uğurla nəticələnməsinin səbəbi ərazi kəşfiyyatı, döyüş zamanı qoşunların nizamlı manevrləri, uğurlu taktikalardan istifadə etməsi, lazımlı qüvvələrin strateji olaraq düzgün mövqeyi idi. Məqaləmizdə son dövrün araşdırma əsərlərinə də müraciət edərək, analiz və təhlil və müqayisə metodlarından istifadə edilərək Nadir şahın ordusunun strukturu, döyüş taktikaları və müharibə strategiyası ətraflı şəkildə tədqiq edilmişdir.

Açar sözlər: Nadir şah Əfşar, ordu, hərbi strategiya, liderlik, komandan


Baxış: 327