Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/117/58-63

Murad Kərimov

Bakı Slavyan Universiteti

Magistrant

https://orcid.org/0009-0006-2535-7382

karimovmurad1122@gmail.com

 

Müasir cəmiyyətdə gənclərin sosial identikliyinin formalaşdırılması

 

Xülasə

 

Mədəniyyətlərarası dialoq müxtəlif etnik və mədəni mənsubiyyətlərə malik fərdlər arasında qarşılıqlı anlaşma, hörmət və əməkdaşlığın qurulması prosesidir. Bu dialoq yalnız fərqli mədəniyyətlərin bir-birinə qarşı dözümlü olması ilə deyil, eyni zamanda identikliklərin qarşılıqlı tanınması ilə mümkün olur. Gənclər bu dialoqun əsas daşıyıcıları hesab olunurlar. Onlar həm texnologiya vasitəsilə daha çox mədəniyyətlə tanış olurlar, həm də təhsil və sosial mühitlərdə müxtəlif mədəni qruplarla təmasda olurlar. Qloballaşma, urbanizasiya və texnoloji modernləşmə prosesi xalq və milli identiklik münasibətlərinə təsirsiz ötüşmür. Gənc nəsil arasında milli dəyərlərə marağın azalması, yerli mədəniyyətin arxa plana keçməsi və kosmopolit dünya görüşünün yayılması milli identikliyə təhdid yaradır. Belə şəraitdə xalqın mədəni irsini yaşatmaq, onu gənclərə ötürmək və milli identikliyi dinamik şəkildə qorumaq vacibdir.

Gənclər mədəniyyətlərarası dialoq prosesində stereotiplərdən uzaqlaşır, empati və qarşılıqlı anlaşma kimi sosial bacarıqları inkişaf etdirirlər. Bu isə onların fərdi və ictimai inkişafına töhfə verir.

Açar sözlər: identiklik, qloballaşma, sosial mühit, dialoq, urbanizasiya


Baxış: 252