DOI: https://doi.org/10.36719/2789-6919/56/155-159
Aytac Allahverdiyeva
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
dissertant
https://orcid.org/0000-0001-5147-2233
aytac_adna@mail.ru
Modul elektrik stansiyasında intellektual idarəetmə sisteminin
tətbiqi və perspektivləri
Xülasə
Energetika sisteminin inkişafı, qoyulmuş güclər, elektrik enerji istehsalı və istismarı dövlətin iqtisadi inkişafını və əhalinin həyat səviyyəsini göstərir. Energetika sisteminin inkişafı bütün zamanlarda dövlətin milli təhlükəsizliyində mühüm rol oynayır. Elektrik stansiyaları, ötürücü sistemləri, paylayıcı elektrik şəbəkələri, onların avtomatik idarəetmə sistemi, tələbatçıların fasiləsiz enerji ilə təmin olunması mürəkkəb proseslərdir. Bu sistemin digər sənaye sahələrindən fərqi, elektrik stansiyalarının dəyişən rejimdə işləməsidir. Yəni enerji hasilatı, tələbata uyğun hasil edilir. Enerjiyə tələbatın dəyişməsi ilə stansiyalarda hasilat dəyişməlidir. Bunun üçün enerji sistemində tələb olunan balansı saxlamaq üçün hal-hazırda Bakı şəhərində və rayonlarda daxiliyanma mühərrikli modul elektrik stansiyaları tikilib istifadəyə verilmişdir. Bu stansiyalar tez işə buraxılır və tez işdən saxlanılır. Ona görə də bu stansiyalardan əsasən enerji sistemində balansı saxlamaq üçün istifadə edilir. Dəyişən rejimdə bu stansiyalardan istifadə etmək əlverişlidir. Buna görə də bu stansiyalar son vaxtlar geniş yayılmışdır. Digər tərəfdən, stansiyalarda hasilat dəyişdikdə, elementlərin işinin pozulması, digər elementlərə təsir edir və istehsal prosesi pozulur. Belə hallarda operatorun prosesə müdaxilə etməsi, onu lazımi istiqamətə yönəltməsi imkan xaricindədir.
Açar sözlər: intellektual idarəetmə sistemi, idarəetmə qurğusu, idarəetmə obyekti, modul elektrik stansiyası