DOI: https://doi.org/10.36719/2663-4619/124/57-61
Nigar Kərimova
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində
Azərbaycan Dövlət Pedaqoji Kolleci
https://orcid.org/0009-0008-1634-6731
krimovanigar20@gmail.com
Milli birlik və qlobal kimlik kontekstində
31 Dekabr Həmrəylik Gününün yeri
Xülasə
XXI əsrdə cəmiyyətlərin inkişaf dinamikasını müəyyənləşdirən əsas amillərdən biri milli kimliklə qlobal kimlik arasında tarazlığın necə qorunması məsələsidir. Qloballaşma, sərhədlərin şərtiləşməsi, informasiya-kommunikasiya texnologiyaları-nın sürətli inkişafı insanları eyni zamanda həm lokal, həm də qlobal məkanın üzvünə çevirir. Belə bir şəraitdə milli dövlətlər və xalqlar üçün kimlik və birlik məsələləri təkcə daxili siyasətin deyil, həm də beynəlxalq münasibətlər sisteminin mühüm komponentinə çevrilir.
Açar sözlər: həmrəylik, milli birlik, qlobal kimlik, milli ideologiya, tarixi reallıq