Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/111/194-200

Mətanət Rəsulova

H. Əliyev adına Hərbi İnstitut

https//orcid.org/ 0009-0008-4678-8290

metanet.resulova1997@gmail.com

Fəridə Təlai

H. Əliyev adına Hərbi İnstitut

https//orcid.org/ 0009-0004-9760-7868

feridetelai@gmail.com

Sevda Əhmədova

H. Əliyev adına Hərbi İnstitut

https//orcid.org/ 0009-0003-0572-8260

hmdovasevda7@gmail.com

 

Metrologiyada fiziki kəmiyyətlərin ölçülməsinin əsas prinsipləri

 

Xülasə

Məqalədə müasir dövrdə fiziki kəmiyyət vahidi etalonu, vahidin təzələnməsi, saxlanması və onun ölçüsünün yoxlama sxemi, etalonun konstruksiyası və ölçü texnikasının inkişaf səviyyəsinə dair prinsiplər göstərilmişdir. Ölkəmizdə mövcud olan fiziki kəmiyyət vahidinin təzələnmə dəqiqliyi elm və texnikanın ən yeni nailiyyətləri səviyyəsinə uyğun olaraq ilkin etalonla və digər ölkələrin dövlət etalonları ilə uzlaşdırılmasının metodoloji əsasları və xarakteristikası verilmişdir. Göstərilmişdir ki, metrologiya ölçmələrin riyazi, fiziki və texniki aspektlərini, həm də qoyulmuş dəqiqliyin təmin olunma problemini əhatə edən kompleks elmi fəaliyyət olub əhatə dairəsinə uyğun olaraq nəzəri, qanunverici və tətbiqi metrologiyalar kimi lazımi tələblərə cavab verir. Ölçmələrin vəhdətinin təmin olunmasını əsas götürərək onun nəticələrinin məlum vahidlərlə ifadə olunması, etalonların köməyi ilə yenilənə və xətaları verilmiş ehtimalla təyin edilə bilməsinin zəruriliyi də tədqiq olunmuşdur.

Açar sözlər: nəzəri metrologiya, fiziki kəmiyyət, ölçmə, standartlaşdırma problemləri, vahidlər sistemi


Baxış: 268