https://doi.org/10.36719/2663-4619/112/32-35
Jalə Novruzova
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0009-0001-9531-5077
jalenas96@gmail.com
Kompüter arxitekturası, kompüterlərin quruluşu və işləmə prinsipləri
Xülasə
Kompüter arxitekturası kompüterlərin quruluşunu, işləmə prinsiplərini və hesablama systemlərinin təşkilini araşdıran mühüm bir sahədir. Bu məqalədə kompüter arxitekturasının əsas elementləri, o cümlədən prosessorun (CPU) daxili strukturu, yaddaş iyerarxiyası, giriş-çıxış sistemləri və verilənlərin emalı üsulları təhlil olunur. Müasir kompüter arxitekturalarında geniş istifadə olunan Mürəkkəb Komanda Dəsti Arxitekturası (CISC) və Azkomanda Dəsti Arxitekturası (RISC) modelləri arasındakı fərqlər izah edilir. Eyni zamanda, paralel işləmə, çox nüvəli prosessorlar və qrafik emal vahidləri (GPU) kimi texnologiyaların kompüter performansına təsiri müzakirə olunur. Məqalədə həmçinin enerji səmərəliliyi, çip inteqrasiyası və kvant hesablama kimi müasir tendensiyalara toxunulur. Bu texnologiyaların inkişafı kompüter arxitekturalarının gələcəyini müəyyənləşdirir və daha sürətli, güclü və səmərəli sistemlərin yaradılmasına şərait yaradır.
Açar sözlər: kompüter arxitekturası, CISC, RISC, yaddaş iyerarxiyası, çox nüvəli prosessorlar, kvant hesablama