Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/124/146-150 

Çinarə Məhərəmova

Bakı Dövlət Universiteti

https://orcid.org/0009-0001-9941-2392

cinaramaharramova@gmail.com

 

Kiçik Qafqazın landşaftlarının turizm-rekreasiya

potensialının qiymətləndirilməsi

 

Xülasə

 

Kiçik Qafqaz dağları Azərbaycanın fiziki-coğrafi rayonlaşmasında aparıcı mövqe tutan mürəkkəb dağlıq sistemi təmsil edir. Bu ərazi müxtəlif relyefi, zəngin geoloji quruluşu, iqlim dəyişkənliyi, çoxşaxəli landşaft kompleksləri, su ehtiyatları və unikal bioloji müxtəlifliyi ilə seçilir. Eyni zamanda, region təbii estetikası və müalicəvi ehtiyatlarına görə ölkənin ən əlverişli turizm və istirahət zonalarından biri kimi seçilir. Azərbaycanın turizm siyasəti kontekstində, xüsusən də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və inkişafı mərhələsində Kiçik Qafqaz landşaftlarının faktiki və potensial istirahət imkanlarının qiymətləndirilməsi mühüm elmi və praktik əhəmiyyət kəsb edir. Bu məqalədə Kiçik Qafqazın coğrafi xüsusiyyətləri, geoloji quruluşu, iqlimi, landşaft xüsusiyyətləri, tədqiqat metodları və turizm-rekreasiya potensialının hərtərəfli təhlili təqdim olunur və nəticədə regionun əsas turizm məkanı kimi yüksək dəyəri əsaslandırılır.

Açar sözlər: Kiçik Qafqaz, landşaft, turizm, rekreasiya, qiymətləndirmə



Baxış: 62