Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/263-268

Sevinc Babayeva

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

texnika üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-9334-5483

babayeva_sevinc64@mail.ru

Səkinə Xamtayeva

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

magistrant

https://orcid.org/0009-0004-5883-0709

khamtayeva@gmail.com

 

İstilik təchizatında müxtəlif rejimlərdə işləyən zond tipli istilik

nasoslarından istifadənin tədqiqi

 

Xülasə

 

Bu məqalə Şuşa şəhərində fərdi yaşayış evlərinin istilik təchizatında zond tipli istilik nasoslarının istifadəsini təhlil edir. Araşdırmada üç fərqli sistem sxemi simulyasiya olunmuş və müxtəlif iş rejimlərində qiymətləndirilmişdir. Tədqiqat nəticəsində istilik nasoslarının ənənəvi qazan sistemləri ilə müqayisədə elektrik enerjisi istehlakını 35-40% azaltdığı və istilik performans əmsalının (COP) 4,2-4,6 arasında dəyişdiyi müəyyən edilmişdir. Bundan əlavə, istilik nasoslarının karbon emissiyalarını illik 30-35% azaltmaqla ekoloji faydalar təmin etdiyi vurğulanmışdır. Araşdırmada müxtəlif proqram təminatları, o cümlədən GeoTSol və MS Excel proqramları istifadə edilərək, istilik sistemlərinin səmərəliliyi qiymətləndirilmişdir. Simulyasiya nəticələri göstərmişdir ki, Şuşa kimi bölgələrdə istilik nasoslarının günəş enerjisi ilə inteqrasiyası effektiv nəticələr verir. 100 metrlik zondlarla təchiz edilmiş sistemlər daha optimal işləyərək istismar xərclərini 20-25% azalda bilər.

Məqalədə istilik nasoslarının müxtəlif iş rejimləri və enerji səmərəliliyi faktorları müqayisə olunmuş, HPS7.1 modelinin ən yüksək performansa malik olduğu müəyyən edilmişdir. Tədqiqat nəticələri göstərir ki, istilik nasoslarının geniş tətbiqi Qarabağın “yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq, regional enerji təhlükəsizliyinin artırılmasına töhfə verə bilər.

Açar sözlər: zond tipli istilik nasosu, GeoTSOL, yaşıl enerji zonası, Şuşa şəhəri, enerji səmərəliliyi


Baxış: 206