Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/56/142-145

Cəmilə Məmmədova

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

texnika üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0000-6425-6927

cemileadna@mail.ru

Ceyhun Nəsirov

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

magistrant

https://orcid.org/0009-0002-5162-8845

ceyhunnsirov9@gmail.com

Ləman Səmədli

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

https://orcid.org/0009-0005-5560-3583

leman.samedli.80@mail.ru

 

İstilik Elektrik Mərkəzlərində istifadə olunan

qaz-turbin qurğuları (QTQ – İEM)

 

Xülasə

 

Məqalədə istilik elektrik mərkəzlərində istifadə olunan müxtəlif qaz-turbin qurğularının işi tədqiq olunmuşdur. 1930-cu illərdən başlayaraq ölkəmizdə kombinləşdirilmiş elektrik enerjisi istehsalı inkişaf etmişdir. Belə ki, sənaye müəssisələrinin və kommunal təsərrüfatların kombinləşdirilmiş istilik və elektrik enerjisi ilə təmin edilməsi aktual məsələlərdən biridir. Kombinləşdirilmiş elektrik və istilik enerjisi hasil edən belə stansiyalar – istilik elektrik mərkəzləri (İEM) yaradılır. Qlobal miqyasda elmi-texniki tərəqqinin sürətlənməsi nəticəsində İEM-lərin səmərəli idarə olunması milli iqtisadiyyatın dayanıqlığı üçün əsas şərtlərdən birinə çevrilmişdir. Azərbaycanın iqtisadi inkişaf strategiyasında İEM-lərin effektiv tədqiqi və tətbiqi mühüm prioritet istiqamətlərdən biri kimi ön plana çıxır. Elmi işin aktuallığı ondan ibarətdir ki, qlobal enerji və iqtisadi proseslər fonunda İEM-lərin düzgün qiymətləndirilməsi və tətbiqi davamlı inkişafın əsas amillərindəndir. Bu tədqiqatın əsas məqsədi ölkəmizdə İEM-lərin mövcud vəziyyətini təhlil etmək, mövcud problemləri aşkara çıxarmaq və onların səmərəliliyinin artırılması yollarını müəyyənləşdirməkdir.

Açar sözlər: elektrik və istilik şəbəkəsi, qaz-turbin elektrik stansiyası, dizel elektrik stansiyası

 


Baxış: 6