Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/124/42-48

Əli Qasımov

Naxçıvan Müəllimlər İnstitutu

http://orcid.org/0009-0003-9826-3553

aliisa666@yahoo.com

 

İngilis dilinin frazeoloji vahidlərində şəxs adlarının

üslub xüsusiyyətləri

 

Xülasə

 

Məlumdur ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də bir xalqın mədəniyyətinin və tarixi yaddaşının daşıyıcısıdır. Bu, xüsusilə frazeoloji sistemdə özünü aydın şəkildə göstərir. Frazeoloji vahidlər müəyyən tarixi dövrlərdə yaranmış, xalqın dünyagörüşünü, stereotiplərini və dəyərlərini əks etdirən sabit ifadələrdir. Onların bir hissəsi xüsusi adlara, yəni onomastik vahidlərə əsaslanır. Onomastik elementlər frazeologizmlərə fərdi və milli rəng qatır, ifadənin mənasını gücləndirir və yadda qalan obraz yaradır. Bir varlığı adlandırmaq dilin əsas xüsusiyyətlərindən biridir. İnsan və məkanların, ev heyvanlarının, təbiət hadisələrinin, tarixi gün və bayramların, qurumların, sənət əsərlərinin və s. adlandırma aktı insanların gündəlik həyatında rol oynayan varlıqları tanıtmaq məqsədini daşıyır.

Xüsusi isimlər onomastikanın (yəni adları öyrənən elmin) obyekti olmaqdan başqa, universal dil kateqoriyasını təşkil edir. Xüsusi isimlər dildə özünəməxsus əhəmiyyətə malikdir. Mədəniyyətlər arasında dəyişən bir sistem yaradan xüsusi isimlər real və ya təsəvvür olunan obyektləri əks etdirmək funksiyasını yerinə yetirən dil vahidləridir. Frazeoloji vahidlərdəki xüsusi isimlər kommunikasiya baxımından mühüm rol oynayır və mədəni, linqvistik, coğrafi, etnik və sosial kimliyin göstəricisi kimi çıxış edir. Onlar frazeologiyada mədəniyyət və dil arasındakı qarşılıqlı təsir barədə anlayış yaratmaqda dəyərli dil vahidləridir.

Xüsusi isimlərin bir hissəsi olan şəxs adları mədəni mahiyyət daşıyır və beynəlxalq, milli və ya yerli xarakterləri bildirir. Bu baxımdan antroponimlər frazeoloji sistemdə ən geniş yayılmış onomastik vahidlərdəndir. Onlar çox vaxt tarixi, ədəbi və ya mifoloji şəxsiyyətlərlə əlaqələndirilir. Məqalənin həmin mövzuya həsr edilməsi onun aktuallığını əsaslandırır. Araşdırmada ingilis dilinin frazeologiyasında müxtəlif mənbələrə aid olan şəxs adlarının üslub imkanları haqqında danışılır. Bu mənada, şəxs adlarının etimoloji xüsusiyyətlərinin üslub keyfiyyətlərində mühüm rol oynaması məsələlərinə aydınlıq gətirilir.

İngilis dilinin frazeologiyasında onomastik vahidlərdən antroponimlərin rolu və funksiyalarının araşdırılması fonunda xüsusi olaraq qeyd edilir ki, frazeoloji vahidlər dilin mədəni və tarixi yaddaşını daşıyan sabit ifadələr sistemi kimi çox vaxt öz mənşəyini tarixi şəxsiyyətlərdən, coğrafi adlardan və ya mifoloji obrazlardan alır. Bu baxımdan onomastik vahidlər frazeoloji sistemdə mühüm semantik və üslubi yüklər daşıyır. Məqalədə onomastik komponentli frazeologizmlərin əsas növləri, onların mənbələri və dil sistemindəki funksiyaları təhlil edilir.

Nəticə olaraq, xüsusi adların frazeoloji vahidlərdə istifadəsi dilin mədəni kontekstini zənginləşdirdiyi, tarixi hadisələr və ictimai stereotiplərlə əlaqə yaratdığı göstərilir. Tədqiqat ingilis dilinin frazeologiyasında onomastik vahidlərin rolunun həm dilçilik, həm də mədəniyyətşünaslıq baxımından mühüm olduğunu göstərir. Xüsusi adlar frazeoloji vahidlərə tarixi və mədəni kontekst qazandırır, ifadələrin mənasını gücləndirir və onları daha təsirli və yadda qalan edir. Bu cür ifadələr dilin yalnız struktur elementləri deyil, həm də xalqın tarixi yaddaşının və dünyagörüşünün daşıyıcılarıdır. Araşdırma onomastik frazeologizmlərin təhlilinin dilcilik elmi üçün mühüm tədqiqat sahəsi olduğunu təsdiq edir.

Açar sözlər: dil, söz, onomastika, antroponim, frazeoloji vahid

 


Baxış: 64