Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/9-12

Günel Allahverdiyeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0001-8013-7741

babayeva2009@hotmail.com

 

İngilis dili dərslərində multimedia materiallarının seçilməsi və

interaktiv istifadəsi

 

Xülasə

 

Elmi-texniki innovasiyaların böyük təsiri ilə bilik iqtisadiyyatı getdikcə təkmilləşdirilir. Burada sözsüz ki, dil faktoru əhəmiyyətli rol oynayır. Əvvəllər dahi mütəfəkkirlər və alimlərin əksəriyyəti öz əsərlərini latın, ərəb, fransız, alman və digər dillərdə yazırdılar. Ancaq ötən əsrdən etibarən ingilis dilinin qlobal dilə çevrilməsi nəticəsində dünyanın bütün ölkələrində elmi əsərlərin yazılma­sında daha çox bu dilə üstünlük verildi.

Bütün dünyada təhsil sistemləri yeni texnologiyalardan təsirlənir. Onlar vasitəsilə tələbələrə XXI əsrdə ehtiyac duyulan bilik və bacarıqlar öyrədilir. Dünya ölkələri gəncləri informasiya və texnologiyaya əsaslanan cəmiyyətə hazırlamaq üçün tədris/təlim prosesində dəyişikliklər edirlər. Multimedia müəllim mərkəzli və əsasən də, qrammatikanın öyrədilməsinə əsaslanan dərsləri zən­gin, tələbə yönümlü, interaktiv mühitə çevirir. Sözsüz ki, burada müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Onlar belə imkanlardan faydalanmağın yollarını tələbələrə öyrətməlidirlər.

İngilis dilində audio və ya video materialları dinləyərkən qeyd götürmək ən yararlı vərdişlərdən biridir. Bu zaman tələbə dinlədiyi materialda ən vacib hissələri qeyd edir və materialda bu qeydlərə əsaslanaraq nədən bəhs edildiyi haqqında danışır. Qeyd götürmə zamanı sadəcə yazıdan deyil, həm də şəkillərdən, qısa işarə və simvollardan və s. istifadə etmək olar. Onlar fikirləri toplamağa, sintez etməyə və ümumiləşdirərək onları çatdırmağa imkan verir.

Açar sözlər: xarici dil, audio və video material, texnologiya, cəmiyyət


Baxış: 639