DOI: https://doi.org/10.36719/2663-4619/115/148-155
Kamran Abdullayev
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
magistrant
https://orcid.org/0009-0000-3435-9829
kamran_abdullayev9@mail.ru
İcra hakimiyyətinin fəaliyyətinin optimallaşdırılmasının nəzəri əsasları
Xülasə
Bu məqalədə icra hakimiyyəti orqanlarının fəaliyyətinin optimallaşdırılması məsələsi tədqiq olunur. Müəllif artıq və təkrar funksiyaların ləğvi, korrupsiyaya qarşı mübarizə, antikorrupsiya mexanizmlərinin tətbiqi və dövlət idarəetməsində şəffaflığın artırılması yollarını analiz edir. İcra orqanlarının funksiyalarının qanuni əsaslarla müəyyən edilməsi, inzibati maneələrin aradan qaldırılması, autsorsinq tətbiqinin genişləndirilməsi, yeni informasiya texnologiyalarının istifadəsi və satınalma mexanizmlərinin təkmilləşdirilməsi kimi tədbirlər irəli sürülür. Məqalə, dövlət idarəetməsinin səmərəliliyinin artırılması məqsədilə icra hakimiyyəti sistemində aparılan islahatların hüquqi və təşkilati əsaslarını əhatə edir.
Açar sözlər: İcra hakimiyyəti, optimallaşdırma, xarici nəzarət, korrupsiya, inzibati islahat