Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/124/71-75

Röya Paşalı

Bakı Slavyan Universiteti

magistrant

https://orcid.org/0009-0006-1221-7217

royapasali@icloud.com

 

İbtidai sinif şagirdlərində vətənə məhəbbət hissinin

formalaşdırılmasının pedaqoji və psixoloji əsasları

 

Xülasə

 

Bu məqalədə ibtidai sinif şagirdlərində Vətənə məhəbbət hissinin formalaşdırılmasının pedaqoji və psixoloji əsasları araşdırılır. Tədqiqat göstərir ki, milli-mənəvi dəyərlərin uşaqlara aşılanması yalnız nəzəri biliklərlə məhdudlaşmamalı, həm də emosional və sosial fəaliyyətlərlə dəstəklənməlidir. Müəllimlərin tətbiq etdiyi metodlar, valideynlərin gündəlik həyatdakı rolu və məktəbdə təşkil olunan tədbirlər uşaqlarda milli kimlik və Vətənə bağlılıq hissini gücləndirir. Psixoloji yanaşmalar, xüsusilə Erikson, Piaget və Vygotsky nəzəriyyələri bu prosesin elmi əsaslarını izah edir.

Nəticələr göstərir ki, pedaqoji-psixoloji yanaşmaların inteqrasiyası milli kimliyi güclü, vətənpərvər və sosial məsuliyyətli gənclərin yetişməsinə şərait yaradır.

Açar sözlər: Vətənə məhəbbət, ibtidai sinif, milli-mənəvi dəyərlər, pedaqoji-psixoloji əsaslar, tərbiyə sistemi

 

 


Baxış: 52