Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/123/156-161 

Sənan Nəymətov
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

https://orcid.org/0009-0002-5378-5289

nemetovsenan89@gmail.com

 

Hibrid texnologiyaların istilik elektrik stansiyalarına tətbiqi

 

Xülasə

 

Məqalədə istilik elektrik stansiyalarında (İES) bərpa olunan enerji mənbələrinin inteqrasiyasının texniki, iqtisadi və ekoloji baxımdan səmərəliliyi hərtərəfli şəkildə araşdırılmışdır. Əldə olunan elmi nəticələr göstərir ki, ənənəvi İES-lərin modernləşdirilməsi və onlara günəş, külək və bioenerji kimi alternativ mənbələrin əlavə olunması enerji istehsalında dayanıqlığın artırılması üçün mühüm amildir. Ədəbiyyat təhlilinə əsasən müəyyən edilmişdir ki, günəş enerjisinin buxar dövranına daxil edilməsi nəticəsində istilik proseslərində enerji çevrilməsi daha səmərəli həyata keçirilir və qaz turbinlərinin yanacaq sərfiyyatı 10–15% azaldıla bilər (Smith & Brown, 2020). Bu isə həm yanacaq xərclərinin azalmasına, həm də istixana qazı emissiyalarının azaldılmasına gətirib çıxarır. Müller (2021) tərəfindən aparılmış tədqiqatlarda isə bioenerji ilə işləyən hibrid sistemlərin enerji təhlükəsizliyini gücləndirdiyi, enerji mənbələrinin diversifikasiyasına şərait yaratdığı və xüsusilə təbii qaz asılılığını azaltdığı vurğulanmışdır.

Azərbaycan kontekstində aparılan son araşdırmalar da bu istiqamətdə mühüm nəticələr ortaya qoymuşdur. Şimal və Sumqayıt istilik elektrik stansiyalarında günəş panellərinin tətbiqi nəticəsində illik enerji istehsalının 50–60 GWh qədər artması gözlənilir ki, bu da ölkənin ümumi enerji balansında bərpa olunan enerji mənbələrinin payının əhəmiyyətli şəkildə artmasına şərait yaradar.

Açar sözlər: hibrid sistemlər, istilik elektrik stansiyası, bərpa olunan enerji, enerji səmərəliliyi, ekoloji davamlılıq



Baxış: 34