DOI: https://doi.org/10.36719/2789-6919/53/90-93
Şəlalə Dünyamalıyeva
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
https://orcid.org/0009-0008-5459-3506
selale.camalova@mail.ru
Həsən Seyidbəyli yaradıcılığı (1970-80-ci illər)
Xülasə
Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri, Xalq artisti Həsən Seyidbəyli milli kino sənətinə həm rejissor, həm də ssenarist kimi böyük töhfələr vermişdir. Ədəbiyyat sahəsindəki bilikləri və yazıçılıq təcrübəsi onun ssenarilərinə də öz təsirini göstərmişdir. H.Seyidbəylinin filmləri yüksək bədii dəyərləri ilə yanaşı, milli irsin təbliğatında da mühüm rol oynamış, Azərbaycan xalqının adət-ənənələrini, tarixini və mədəniyyətini böyük ustalıqla əks etdirmişdir. Yaratdığı hər bir ekran əsəri böyük bir hadisəyə çevrilirdi. Ərsəyə gətirdiyi filmlərdə yalnız dövrünün sosial problemlərini deyil, həm də insan xarakterinin dərinliklərini açmağa çalışırdı. Sənətinə olan sevgisi H.Seyidbəylini daha böyük zirvələr fəth etməyə ruhlandırırdı.
Açar sözlər: film, ssenari, kino, tarix, mədəniyyət