Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/112/36-39

Nərgiz Alıyeva

“AzerGold” QSC

https://orcid.org/0009-0001-8450-469X

nargiz.aliyeva@azergold.az

 

Fransız dilinin ingilis dilinə təsiri

 

Xülasə

İngilis dili yarandığı gündən bügünədək müxtəlif mədəniyyət və müxtəlif dillərin təsiri altında nəzərəçarpacaq bir inkişaf yolu keçmişdir. Bu inkişafa ən çox töhfə verən dillərdən biri məhz fransız dili olmuşdur. İngilis dili fransız dilinin dərin təsirinə məruz qalmış və bu təsir ingilis dili lüğətinin, qrammatikasının və orfoqrafiyasının formalaşmasında mühüm rol oynamışdır. Bu, 1066-cı ildə İngiltərənin fəthi zamanı köhnə fransız dili ləhcəsində danışan normanların İngiltərəyə nəzarəti ələ keçirməsi ilə bağlıdır. Bu hadisələrin nəticəsi bu gün müasir ingilis dilinin strukturunda və leksikonunda əks olunmuşdur. İngiltərənin normanlar tərəfindən istilasından sonra ingilis dilində fransız lüğətində və dil strukturlarında olan nəzərəçarpacaq dəyişikliklər göründü. Bu məqalədə tarixi kontekst, lüğət, qrammatika, fonetika və sosial linqvistik amillər araşdırılmaqla fransız dilinin ingilis dilinə göstərdiyi çoxşaxəli təsirlərə nəzər salınmışdır.

Açar sözlər: ingilis dili, fransız dili, lüğət, linqvistika, alınma sözlər  


Baxış: 210