Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/111/100-103

Tahir İsmayılov

Heydər Əliyev adına Hərbi İnstitut

https://orcid.org/0009-0006-9780-8381

tahir.6591@gmail.com

Aygün Rəsulova

Heydər Əliyev adına Hərbi İnstitut

https://orcid.org/0009-0001-9841-6359

hasanova.aygun11@gmail.com

 

Fizikadan yoxlama işlərinin xüsusiyyətləri və onların

nəticələrinin analizinin işlənib hazırlanması

 

Xülasə

Fizikanın tədris metodikasının müasir tələblərə uyğunlaşdırılması istiqamətində müxtəlif müəlliflər və ya müəlliflər heyəti tərəfindən müxtəlif metodik vasitələr möv­cuddur. Müasir təhsil proqramlarında müxtəlif inovativ üsulların, texniki və texnoloji vasitələrin tətbiq olunmasına baxmayaraq öyrədilmə və öyrənmə prosesi daim inki­şafdadır. Hər hansı məlumatın öyrəniciyə çatdırılması və öyrənici tərəfindən mənim­sənilməsi üçün müəllim tərəfindən tətbiq edilən metodikanın xüsusi rolu danılmazdır. Konkret olaraq hər bir mövzunun öyrənilməsi fərqli metodik yaxınlaşma tələb etdi­yindən, konseptual elmi yaxınlaşmanı saxlamaqla keyfiyyətcə dərslərin məzmununun yeniləşdirilməsi mühüm amillərdəndir.

Təqdim olunan məqalə fizikadan yoxlama işlərinin məzmunu və onların ana­lizlərinin işlənib hazırlanması problemlərinə həsr edilmişdir. Məqalədə yoxlama işlərinin strukturunun seçilməsi, çalışmaların yerinə yetirilməsinin analizinin isti­qamətləri və fizikanın tədrisi metodikasının təkmilləşdirilməsində əsas yanaşmalara baxılmışdır.

Fizikadan yoxlama işlərinin keçirilməsi qiymətləndirmə meyarları sisteminin mühüm inkişaf istiqamətini müəyyən edir. Hər bir mövzunun sonunda keçirilən yoxlama işləri öyrənicinin fərdi biliklərinin qiymətləndirməsinə yönəlir. Yoxlama işlərinin daxil edilməsi tədris edilən fənnin öyrənici tərəfindən necə mənimsənildiyini müəyyən etmək məqsədi daşıyır.

Açar sözlər: yoxlama işi, baza, qrup, təcrübə, ölçmə, metodologiya, fiziki kəmiyyət

 


Baxış: 221