Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/111/93-99

Rəhim Həsənov

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

https://orcid.org/0009-0004-9634-5560

hesenli.82@inbox.ru

                                                              

Fəlsəfədə təfəkkür problemi

 

Xülasə

Müasir dövrdə təfəkkür bir sıra elmlər tərəfindən araşdırılır, o cümlədən fəlsəfədə də təfəkkür mühüm araşdırma obyektlərində biridir. İlk dəfə Qədim Yunanıstanda təfəkkürün qanunları müzakirə obyektinə çevrilmiş, bu dövrdən etibarən hissi və məntiqi idrak bir-birindən fərqləndirilmişdir. Ümumiyyyətlə, təfəkkür həm şüurda və həm də şüuraltında meydana gələn mürəkkəb idrak prosesidir. Müşahidələr vasitəsilə məlumat beyinə ötürülür, beyinə ötürülən informasiyanın qanunauyğun əlaqələr burada sərfnəzər edilir. İdrakın bir hissəsi kimi təfəkkür ümumiyyətlə qavrayış və intuisiyadan fərqlənir. Konseptual təfəkkürdə düşüncə dil əməliyyatları ilə əlaqələndirilir, düşüncə obyekti dil işarəsinin idrak məzmununa çevrilir.

Fəlsəfədə təfəkkür probleminin əsas aspektləri məqalədə öz əksini tapmışdır. Məqalədə kosmosentirizm qədim dövrün təfəkkür üsulu kimi nəzərdən keçirilmiş, ziddiyyətlərin nəzəri həllində təfəkkürün rolu vurğulanmışdır. Gerçəkliyin dərk edilməsinin ilkin forması hissi idrak olsa da, məntiqi təfəkkür müvafiq prosesdə həlledici rol oynayır. Abstrakt təfəkkürün formalaşmasında məntiqi bilik mühüm əhəmiyyət kəsb edir. Hər bir məntiqi bilik təfəkkür ilə həyata keçirilir. Məntiqi idrakın ali forması olan təfəkkürün anlayış, mühakimə və əqli nəticə kimi əsas formaları var.

Bu baxımdan təfəkkür reallığın vasitəli və ümumiləşdirilmiş əksidir. Təfəkkür insan beynində səbəb-nəticə əlaqələrinin əsas xüsusiyyətlərinin əksi kimi təzahür edir. Düşüncə tarixinə diqqətlə nəzər yetirdiyimiz zaman təfəkkürün formalaşma və inkişaf tarixi, eyni zamanda idrak prosesində təfəkkürün əhəmiyyəti önəmli dərəcədə nəzərə çarpır. Zaman ərzində elmi biliklərin inkişaf etməsi təfəkkürün müccərrədləşməsinə səbəb oldu, eyni zamanda yeni təfəkkür metodları meydana çxıdı.

Açar sözlər: təfəkkür, idrak prosesi, kosmosentirizm, ziddiyyətlər, substansiya, məntiqi idrak


Baxış: 191