DOI: https://doi.org/10.36719/2663-4619/120/68-71
Şəbnəm Xəlilzadə
ADPU, Xarici Dillər Mərkəzi
https://orcid.org/0000-0002-5130-5723
xelilzade2016@inbox.ru
Əvəzliklərin ingilis dilində ünsiyyət yönümlü istifadəsi
Xülasə
İngilis dilini yeni öyrənənlər yanlış və uğursuz ünsiyyətdən qaçmaq üçün cümlənin praqmatik mənasını anlamağı bacarmalıdırlar. Çünki ünsiyyət zamanı danışan tərəflər anlaşılmazlıqların qarşısını almaq üçün bir sıra praqmatik elementləri bilməlidirlər. Praqmatik bacarıq ünsiyyətin meydana gəldiyi sosial və mədəni şəraitə uyğun və doğru ifadələri dərk etmək və istifadə etmək qabiliyyətini əhatə edir. Əvəzliklər ünsiyyət yönümlü tədqiqatlarda xüsusi yer tutur, çünki onlar kontekstdən asılı olaraq müxtəlif məna çalarlarına malik ola bilirlər. İngilis dilində on bir növ əvəzlik mövcuddur və onların hamısını eyni dərəcədə tədqiq etmək mümkün deyil.
Əvəzliklərin ünsiyyət yönümlü təhlili dedikdə, onların referenti olaraq kimin və yaxud nəyin nəzərdə tutulduğunun araşdırılması başa düşülür. Müxtəlif cümlələrdə işlənən eyni əvəzlik fərqli referentləri ifadə edə bilmək xüsusiyyətinə malikdir.
Açar sözlər: ingilis dili, nitq hissəsi, əvəzlik, praqmatik vasitə, pronominal