DOI: https://doi.org/10.36719/2663-4619/113/9-18
Aynurə Kərimova
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
https://orcid.org/0009-0001-6246-0200
aynura.karimova@eco.gov.az
Ətraf mühitin idarə edilməsinin qanunvericilik əsasları-qlobal çağrışlar
fonunda hüquqi təminatda yeni yanaşmalar
Xülasə
Ətraf mühitlə insan cəmiyyəti arasında münasibətlərin tənzimlənməsi məqsədilə ekoloji qanunvericiliyin günün tələblərinə uyğunlaşdırılmasının zəruriliyi qlobal səviyyədə qəbul edilir və müasir çağrışlar fonunda bu sahədə yeni yanaşmalar tətbiq edilir.
Müasir dövrdə ayrılıqda bir dövlət üçün ekoloji təhlükəsizlik sisteminin yaradılması qeyri-mümkündür. Yalnız birgə səylər sayəsində müvafiq hüquqi rejim yaratmaqla, bugünkü və gələcək nəsillərin sağlam yaşayışını və inkişafını təmin etmək olar. Odur ki, ətraf mühitin qorunmasında və təbii ehtiyatların mühafizəsində beynəlxalq ekologiya hüququ həlledici rol oynamalıdır.
İqtisadiyyatın sürətli inkişafı ətraf mühitin modern və çevik idarə olunmasını zəruri etmişdir. Bu baxımdan idarəetmə prosesində qanunvericilik aktlarında yeni yanaşmaların tətbiqi ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmışdır.
Açar sözlər: müasir çağırışlar, qanunvericilik aktları, beynəlxalq hüquq, hüquqi rejim, normativ hüquqi aktlar, ekoloji menecment, dayanıqlılıq, ekoloji məsuliyyət, ekoloji hüquqpozmalar, təbiət hüququ, yaşıl iqtisadiyyat