Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/54-58

Mahirə Quliyeva

Azərbaycan Milli Konservatoriyası

doktorant

https://orcid.org/0009-0003-2890-2161

mahireguliyeva353@gmail.com

 

Ələkbər Əsgərovun qoşazurna konstruksiyası

 

Xülasə

 

Azərbaycan xalqının görkəmli sənətkarı, nəfəs musiqi alətlərinin virtuoz-yenilikçi ifaçısı, pedaqoq, rəqs melodiyaları, diringilərin və muğam rənglərinin müəllifi Ələkbər Əsgərovun çoxşaxəli yaradıcılığı bu gün ifaçılıq sənətinin aktual məsələlərindən biridir. Ustad sənətkarın nəfəs çalğı alətləri: klarnet, balaban, tütək, zurna, ney alətləri üzərində etdiyi reform və yeniliklər milli musiqi xəzinəmizi zənginləşdirmişdir.

Əvvəlki araşdırma yazılarımızda Ələkbər Əsgərovun hazırladığı “As” növlü Azərbaycan klarneti və iki klapanlı balaban alətləri haqqında ətraflı məlumatlar vermişik. Lakin buna baxmayaraq Ələkbər Əsgərovun çoxşaxəli və rəngarəng yaradıcılığı, etdiyi reform və yeniliklər bu gün də öyrənilməktədir.

Bu məqalədə, Azərbaycan xalqının milli və qədim alətlərindən biri olan zurnanın yaranma tarixi və söz açımı şərh olunur. Bundan başqa, ustad sənətkarımız Ələkbər Əsgərovun düzəltdiyi nəfəs musiqi alətləri kolleksiyasına daxil olan və konstruksiyalarından biri sayılan qoşazurnanın quruluş özəllikləri, hissələrinin ölçüləri və sxemi nəzərdən keçirilir. Onu da qeyd etməliyik ki, qoşazurnanın hissələrinin ölçüləri və sxemi orijinal alətdən alınıb.

Qeyd edək ki, “Azərbaycan nəfəs çalğı alətlərinin inkişafında Ələkbər Əsgərovun rolu” adlı dissertasiya işi ilk dəfə biz tərəfdən araşdırıldığı üçün bu məqalənin mövzusu da yenidir. Bu səbəbdən ədəbiyyat siyahısı az sayılı təqdim olunmaqdadır.

Məqalədə öz əksini tapan fotoşəkillər Ələkbər Əsgərovun şəxsi arxivində yer alan orijinal alətdən çəkilib.

Açar sözlər: Azərbaycan, Ələkbər Əsgərov, alət, zurna, qoşazurna, reform, arxiv


Baxış: 182